İş adamlarının Azərbaycandan digər bazarlara çıxışı təşviq edilir
MÜSİAD üzvlərinə qlobal ticarət əlaqələri qurmağa imkan verir.
Bunu MÜSİAD Azərbaycanın rəhbəri Rəşad Cabirli KİV nümayənləri ilə görüşü çərçivəsində bildirib.
Görüş zamanı dərnəyin 6 aylıq fəaliyyət proqramı barədə danışan Rəşad Cabirli bildirib ki, MÜSİAD üzvlərin problemlərini, fikir və görüşlərini dövlət qurum və quruluşlarına yerində ötürən, iş dünyasında olduğu qədər cəmiyyətin digər təbəqələri üçün də nümunəvi bir təlim, rəhbərlik, məsləhət mərkəzi halına gələn, təcrübələrini və fəaliyyətlərini peşəkar düşüncə əsaslarına qoyan, intellektual təcrübələrini bölüşən, "ictimai fayda dərnəyi" statusuna sahib olan güclü "Qeyri-Hökumət Təşkilatı"dır.
“MÜSİAD olaraq 1990-cı ildən bu yana dünya üzrə 12.000-dən çox üzvlə təxminən 2.000.000 nəfərin məşğulluğunu təmin edirik. Türkiyədə 83, xaricdə isə 81 fərqli ölkədə cəmi 165 məntəqədəyik. Hal-hazırda müxtəlif sahələrdən olan 60 üzvü ilə 4.000 nəfər işçiyə iş imkanı verməkdədir. 8 nəfərlik İdarə heyəti, 6 komitə və Karzı Hasen Fondu ilə fəaliyyətini davam etdirir. 60 üzvdən 35-i Azərbaycan vətəndaşıdır”, - deyə o bildirib.
MÜSİAD Azərbaycanın məqsədlərindən bəhs edən Rəşad Cabirli qeyd edib ki, milli və beynəlxalq səviyyədə müstəqil və neytral hərəkət edən iş adamları dərnəyi olaraq əvvəlcədən müəyyən etdiyimiz prinsip və dəyərləri paylaşaraq üzvlərimizin sayını artırmaq, üzvlərimiz arasındakı həmrəyliyi inkişaf etdirmək və öz aramızda təmin etdiyimiz bu birlik və bərabərlik ruhuyla ölkələrimizin maddi və mənəvi baxımından inkişaf etməsində iştirak etmək, həmçinin, Azərbaycan və Türkiyə iş dünyasının prinsipial və dəyər əsaslı sahibkar iş adamlarını adil dünya qayəsi ilə, yenilikçi bir şəraitdə görüşdürmək, qardaşlıq şüurunu ortaqlıq mədəniyyətiylə birləşdirərək qlobal iqtisadiyyatın fəal iştirakçılarından olmaq prioritet məqsədlərdəndir.
“Pandemiya qaydalarına baxmayaraq, IBF-MÜSİAD-KOBİA-nın təşkilatçılığı ilə Azərbaycanın paytaxtı Bakıda 33 müxtəlif ölkədən 575 iş adamının və ümumilikdə 1083 iş adamının iştirakı ilə 25-ci IBF Konqresi keçirilib. 2022-ci ildə iftar proqramını Bakıdan kənar 4 fərqli şəhərdə keçirdik. İftar proqramlarını şəhid ailələri, qazilər və onların ailələri, səfirimiz, baş konsulumuz, müşavirlərimiz, deputatlarımız, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı qurumlarının təmsilçiləri, icra başçıları və nümayəndələri, idarə heyəti üzvlərimiz və üzvlərimizin iştirakı ilə reallaşdırdıq. İsmayıllı, Saatlı, Bərdə və Ağdamda iftar süfrələrimizə 2100-ə yaxın qonaq qatıldı. MÜSİAD Azərbaycan İstehsalat və Ticarət Komitəsinin təşkil etdiyi ənənəvi “MÜSİAD Azərbaycan İş Adamları Görüşü” MÜSİAD Azərbaycan üzvləri, rəsmi qurumların nümayəndələri, iş adamları və Kocaeli Körfez Ticarət Palatasının nümayəndə heyətinin iştirakı ilə 150-yə yaxın iş adamını bir araya gətirib.
Gənc MÜSİAD Azərbaycan Trobot AZ komandamız Teknofest Azərbaycanın finalına yüksəldi. Şuşada keçirilən VII “Qarabağ” Beynəlxalq Sosial Elmlər Konqresinin sponsoru olduq və iştirak etdik”, - deyə o əlavə edib.
R.Cabirli, həmçinin bildirib ki, hər 2 ildən bir təşkil edilən və dünyanın bir çox ölkəsindən iştirakçıların ziyarət etdiyi Beynəlxalq MÜSİAD Expo 2-5 noyabr 2022-ci il tarixlərində İstanbulda TÜYAP sərgi mərkəzində keçiriləcəkdir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 11 saat sonra
-
-
9 saat əvvəl
"Bəlkə də bir il, il yarım bundan sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq"
-
9 saat əvvəl
İki qonşu ölkə ilə sərhəd-keçid məntəqəsi olacaq yeganə rayon
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Zəngilan şəhərində inşa olunmuş ilk yaşayış kompleksinin açılışı olub
- 11 saat əvvəl
-
14 saat əvvəl
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
"Dost Aqropark" 10 min baş cins mal-qara hədəfinə çatır"
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 3 GÜN
Ən çox oxunanlar
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir, bütün Qarabağı işıqlandırmaq olar"
“Şəfəq” yarımstansiyasının açılışı olub
SOCAR tərəfindən İtaliya şirkətinin alınması prosesi tamamlanıb
Prezident və birinci xanım Cəbrayıla səfər ediblər, Şükürbəyli kəndinin açılışında iştirak ediblər
“Qarabağdan Silikon Vadisinə” startap proqramına müraciət davam edir







.jpg)






.jpg)







