Azərbaycanda sığorta haqlarının 82%-i 5 şirkətin payına düşür
Bu ilin yanvar-may aylarında Azərbaycanda toplanılmış 426 milyon 638 min manat sığorta haqqının 349, milyon 982 min manatı və yaxud 82%-i 5 sığorta şirkətinin payına düşüb.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (179 milyon 671 min manat), "PAŞA Sığorta" (109 milyon 336 min manat), “Qala Sığorta” (23 milyon 510 min manat), “Atəşgah Həyat Sığorta” (21 milyon 965 min manat) və “Xalq Sığorta” (15,5 milyon manat) ASC-lərdir.
5 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (681 min manat), "Naxçıvan Sığorta" (993 min manat), “Atasığorta” (1,96 milyon manat), “Bakı Sığorta” (2 milyon 238 min manat) və “Günay Sığorta” (2 milyon 753 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 8 milyon 625 min manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 2%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi yığımları isə 68 milyon 31 min manat (16%) təşkil edib.
Sığorta ödənişlərinin 79%-i 5 şirkətin payına düşür
Bu ilin yanvar-may aylarında Azərbaycanda həyata keçirilmiş 129 milyon 33 min manat sığorta ödənişinin 101 milyon 664 min manatı və yaxud 78,8%-i 5 sığorta şirkətinin payına düşüb.
Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (41 milyon 506 min manat) və “PAŞA Sığorta” (30 milyon 183 min manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 10 milyon 410 min manat), eləcə də “Xalq Sığorta” (9 milyon 899 min manat) və “Atəşgah Həyat Sığorta” (9 milyon 666 min manat) ASC-lərdir.
5 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (0 manat), “İpək Yolu Sığorta” (47 min manat), “Xalq Həyat Sığorta” (136 min manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (156 min manat) və “Naxçıvan Sığorta” (171 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 510 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,4%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 26 milyon 859 min manat (20,8%) təşkil edib.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
21 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 21 saat əvvəl
-
23 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























