Əliyev və Mirziyoyev noyabrda Səmərqənddə nazirləri dinləyəcəklər
"Biz hər şeyi edirik ki, güclü Özbəkistan və güclü Azərbaycan olsun. Onlar güclü olanda məcbur edəcəyik ki, bizə hörmət etsinlər və bundan ötrü bizim hər cür əsasımız var. Belə ki, bu səfər tarixi səfərdir, onun çox yaxşı əsası var və gələcəkdə biz bu əsası həyata keçirməliyik".
Marja xəbər verir ki, bunu İyunun 21-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxışı zamanı Prezident Mirziyoyev deyib.
Mirziyoyev, "Biz razılığa gəldik ki, noyabr ayında İlham Heydər oğlu Səmərqəndə səfər edəcək" deyərək çıxışına belə davam edib:
"Səmərqənddə biz nazirlərimizi bugünkü razılaşmalar barədə dinləyəcəyik. Bunu nəyə görə deyirəm? Ona görə ki, bilirsiniz, bizim çox böyük imkanlarımız var, lakin nəticə çox kiçikdir. Biz bu gün gələcək əməkdaşlığımızın ciddi perspektiv layihələri barədə razılığa gəldik. Fikrimcə, bu səfər tarixi səfərdir və danışıqlarımızdan tamamilə məmnunam".
Özbəkistan Respublikasının Prezidenti deyib ki, nəticələr çox ciddi olacaq:
"İlham Heydər oğlunun dediyi kimi, həm cəzalandıracaq, həm də həvəsləndirəcəyik. Nəyə görə? Ona görə ki, bilirsiniz, bu gün biz ümumiyyətlə öz imkanlarımız və bizim bugünkü əməkdaşlığımızın vəziyyəti barədə çox diqqətlə, çox etimadla, açıq danışdıq. Bilirsiniz, elə bir istiqamət yoxdur ki, o istiqamətdə biz əməkdaşlıq edə bilməyək və orada nəticə olmasın. Sadəcə, bu gün iki Prezidentin möhkəm siyasi iradəsi var və bu gün biz iki Prezidentin həmin iradəsini bizim komandanın məsuliyyətinə əlavə etdik. Düşünürəm ki, komandanın üzvləri, həm Özbəkistan, həm də Azərbaycan tərəfinin nümayəndə heyətinin üzvləri düzgün nəticələr çıxaracaq və dediyim kimi Səmərqənddə görüş tarixi, nəticəli görüş olacaq. Nəticə necə olacaq? Biz öz qarşılıqlı münasibətlərimizi genişləndirməli və həqiqətən yeni platforma, yeni istiqamətlər yaratmalıyıq. İlham Heydər oğlunun dediyi kimi, bu yol xəritəsi real həyata keçirilməlidir. Biz həmin xəritəni tamamlayanda və bir-birimizi başa düşəndə bu, bizim gələcək münasibətlərimizin rəhni olacaq. Əgər biz yol xəritəsini tamamlasaq və düzgün yol xəritəsi qəbul etsək, 2023-cü il nəticəli il olacaq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)















.jpg)

