Bloomberg: Qərb ölkələri məhsul qıtlığı ilə üzləşib
"Fast food" şəbəkəsi burgerlərdəki kahını kələmlə əvəz edib.Qərb ölkələrində bu yay bir sıra məhsullarda, xüsusən də pivə, popkorn, soğan və kolbasa qıtlığı yaşanır.
Marja xəbər verir ki, Bloomberg-in şənbə günü axşam yaydığı məlumata görə, vəziyyət təchizat zəncirlərindəki fasilələrlə bağlıdır.
"Son bir neçə ayda Avstraliyada kahı, Yaponiyada soğan və kolbasa və hətta Almaniyada şüşə pivə kimi bir çox qidalar qeyri-adi dərəcədə bahalaşıb və ya çətin tapılır və bu da müştəriləri qidalandırmaq üçün alternativlər axtarmağa məcbur edib",- agentlik yazıb.
"Problem adətən məhsulların çatışmazlığında deyil, daha çox genişlənən qlobal təchizat zəncirindədir. Bu, pis hava şəraiti və pandemiyadan geosiyasi gərginliklərə və tələbin bərpasına kimi amillərin qasırğasıdır",- xəbərdə bildirilir.
Almaniyada şüşə butulka qıtlığı var, həm də Ukraynadakı münaqişə səbəbindən şüşə tədarükü azalıb. ABŞ-da popkorn çatışmazlığı da müşahidə edilir.
Avstraliyada bir "fast food" şəbəkəsi burgerlərdəki kahını kələmlə əvəz edib, İngiltərədə isə McDonald's istixanaların istilik xərclərinin yüksək olması səbəbindən pomidordan istifadəni məhdudlaşdırmaq məcburiyyətində qalıb.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 12 saat sonra
-
-
3 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
5 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb

























