Baffet ilə nahar üçün 19 milyon dollar ödəməyə razı oldu - REKORD TƏKLİF
Milyarder Uorren Baffet ianə etmək nahar ənənəsi üçün rekord təklif alıb. Adı açıqlanmayan şəxs Baffet ilə nahar üçün 19 milyon dollar təklif edərək hərracda qalib gəlib.Uorren Baffet (Warren Buffett) 21-ci və son ianə üçün 19 milyon dolları ödəməyə razı olan və adı açıqlanmayan zəngin adamla nahar edəcək.
Marja xəbər verir ki, eBay-də hərrac cümə günü başa çatıb.
2020 və 2021-ci illərdə pandemiya səbəbindən ianələr üçün nahar təşkil edilməmişdir. 2019-cu ildə kriptovalyuta sahibkarı Castin Sun Buffet ilə nahar üçün 4,57 milyon dollar ödəyib.
Buffettlə nahar etmək istəyənlər ianələrini ABŞ, San Fransiskoda yerləşən Glide xeyriyyə təşkilatına göndərirlər. Bu təşkilat yoxsullara, evsizlərə kömək edir, qida, HİV və hepatit testləri, məşğulluq kursları və uşaq proqramları təqdim edir.
eBay-dan verilən açıqlamada naharın xeyriyyə məqsədi ilə indiyə qədər ən bahalı nahar olduğu bildirilib.
2000-ci ildə nahar hərracı təşkil etməyə başlayan Warren Buffett 21 tədbirlə ümumilikdə 53,2 milyon dollar ianə toplamağa kömək edib.
Bu il hərracın qalibi və yeddi nəfərə qədər qonaq Manhettendə "Smith & Wollensky Steakhouse"da Baffettlə nahar edəcək.
Baffet axşam yeməyində hər şeydən danışır, lakin milyarder investor növbəti sərmayəsinin nə olacağı ilə bağlı heç bir suala cavab vermir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşüb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İqtisadiyyat Nazirliyində “Microsoft” şirkətilə əməkdaşlıq imkanları müzakirə olunub
-
2 saat əvvəl
"Nazirliklər və digər dövlət qurumları tətbiqlərini (aplikasiyalar) ləğv etməlidirlər"
-
2 saat əvvəl
İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - TAM VERSİYA
-
2 saat əvvəl
BP "Şəfəq" günəş enerjisi layihəsində 10 % iştirak payını satıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Kinobox" və "Mahnı TV"yə lisenziya verilib
Azərbaycanda illik inflyasiya sürətlənib
İqtisadiyyat Nazirliyində “Microsoft” şirkətilə əməkdaşlıq imkanları müzakirə olunub
"Nazirliklər və digər dövlət qurumları tətbiqlərini (aplikasiyalar) ləğv etməlidirlər"
Ən çox oxunanlar
İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - TAM VERSİYA
“Zira Olives” Sumqayıtda mağaza açır
"FERRUM Kapital”ın 4 milyon manat borclanacağı tarix açıqlanıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"PAŞA Real Estate" qlobal aktivlərini "One&Only" Hudson Valley, Nyu-York ilə genişləndirir
Yeni kart təqdim edildi - 15 min manatadək komissiyasız nağdlaşdırma, kart qalığına 8% gəlir
Azərbaycan iqtisadiyyatı 1,7 faiz artıb























