KOBİA “Şərq Bazarı”nda mağazalar icarəyə götürüb
İyunun 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bərpa və yenidənqurmadan sonra açılışını etdiyi “Şərq Bazarı” kompleksində KOB-ların ticarət şəbəkələrinə çıxışına dəstək mexanizmi çərçivəsində mikro və kiçik sahibkarların məhsullarının satıldığı mağaza da fəaliyyətə başlayıb.
Mağazada Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təmin etdiyi dəstək çərçivəsində 10 mikro və kiçik sahibkarlıq subyektinin məhsullarının satışı həyata keçirilir. Burada qeyri-qida məhsulları, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri satılır.
Marja xəbər verir ki, bu gün KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmindən yararlanmış sahibkarlarla görüşüb, bizneslərinin inkişafı və dəstək mexanizmi ilə bağlı fikir mübadiləsi aparıblar. Sahibkarlar dövlət dəstəyi üçün təşəkkür ediblər.
Ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmi çərçivəsində Bakının digər ticarət obyektlərində də bu cür satış yerlərinin təşkili nəzərdə tutulur və hazırda bu sahədə sahibkarlardan daxil olan müraciətlər dəyərləndirilir.
Qeyd edək ki, KOBİA-nın satışa və bazarlara çıxışa dəstək mexanizmlərindən yararlanmaq istəyən mikro və kiçik sahibkarlıq subyektləri elektron qaydada KOBİA-ya müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi







.jpg)





.jpg)






