"Formula 1" yarışı Bakıda kirayə evlərin qiymətlərini artırıb
Bir neçə gün sonra Bakıda keçiriləcək “Formula 1” Azərbaycan Qran Prisi yarışları paytaxtın kirayə bazarında canlanma yaradıb. Belə ki bir sıra Avropa və Asiya ölkələrindən məhz bu yarışları izləmək üçün Bakıya gələnlər var. Avtomobillərin hərəkət edəcəyi əsas marşrutun keçdiyi yolların kənarında kirayə mənzillərə ehtiyac xüsusilə hiss edilir.
“Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Elnur Azadov bununla bağlı bildirib ki, mərkəzdə bəzi mənzillər var ki, onların eyvanından birbaşa “Formula 1” yarışını görmək mümkündür:
"Belə mənzillərin kirayə qiymətləri artıb. Həmin evlər digər mənzillərə nisbətdə iki dəfə bahalaşıb. Lakin bunların ümumi kirayə evlər bazara heç bir təsiri yoxdur. Günlük kirayə mənzillərin qiyməti də çox artıb. Bundan əlavə, “Formnula 1” ərəfəsində hotellər də 30-40 %, bəzən də 50 %-ə qədər qiymətləri artırıb. Bu da müvəqqəti məsələdir”.
Əmlak bazarı üzrə ekspert Bəhruz Həsənov da öz açıqlamasında qiymət artımını təsdiqləyib və hətta bu artımı fantastik rəqəmlərlə izah edib:
“Bakının tarixi mərkəzi hissəsinə düşən həmin ərazilərdə kirayə evlərin qiyməti yarış günləri üçün 2-3 dəfə yüksəlir və ən çox yarışları müşahidə etmək mümkün olan mənzillərin kirayə qiymətləri qalxır. Bu mənzillərdə müşahidə edilən mövqedən asılı olaraq, yarışları izləmək olur, həmin mövqelərdən asılı olaraq mənzillərin günlük kirayə qiymətləri 200 manatdan 1 000 manata kimi dəyişir. Adi günlərdə isə bu mənzillərin qiymətləri 70-170 manat arasında dəyişir. Həmçinin yarışların keçirildiyi əraziyə birbaşa baxışı olmayan, lakin mərkəzdə yerləşən mənzillərdə də qiymət artımı müşahidə olunur. Çünki xarici turistlər əsasən yarışların keçirildiyi tribunalara bilet alırlar. İstəyirlər ki, bu yarışlar keçirilən ərazilərə yaxın mənzillərdə qalsınlar. Həmin mənzillərin günlük kirayə qiymətləri də normalda 80-100 manat idisə, hazırda minimum qiymətlər 100-120 manat arasında dəyişir”.
MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov bu cür tədbirlərin turizm və əmlak bazarına təsirinin daha uzunmüddətli olduğunu hesab edir:
“İlkin mərhələdə bu təsiri hiss etmirik, amma dolayı effekti daha çox olur. Məsələn xaricdə televizordan bu yarışı izləyən şəxs Bakının Milli Parkını, dənizi, iri tikililəri görür. Təbii ki, bu da turist cəlb etməyin bir yoludur”.
N.İbrahimov qiymət artımının arzuolunmaz sosial nəticələrinə də toxunub. O bildirib ki, bu artım kirayədə qalan təbəqənin vəziyyətini pisləşdirir:
“Bu qiymət artımının qarşısını, təbii ki, müəyyən bir çərçivə daxilində rəsmi strukturlar almalıdır. Burada inzibati amilliərə yol vermək olmaz. Yəni hansısa rayon icra hakimiyyətinin başçısı, ya şəhər icra hakimiyyəti deyə bilməz ki, bu qiymətə evini kirayə ver. Lakin dolayı yollarla bazara təsir göstərməlidirlər”.
Qeyd edək ki, Azərbaycan Qran Prisi 10-12 iyunda keçiriləcək. “Formula 1” tribunalarında günlük biletin ən ucuz qiyməti 90 manatdır. Ən bahalısı isə 9 130 manatdır.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 gün sonra
-
-
10 saat əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
- 10 saat əvvəl
-
11 saat əvvəl
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
-
11 saat əvvəl
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
- 11 saat əvvəl
-
12 saat əvvəl
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
-
12 saat əvvəl
Tramp: İranın nüvə silahına sahib olmasına icazə verilə bilməz
-
13 saat əvvəl
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
-
13 saat əvvəl
Azər Türk Bank təqaüdçülərə 9,9%-dən başlayan istehlak kreditləri təklif edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
HONOR 600 Seriyasının Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
İllik 15% gəlir təklif edən istiqrazlara 53 investor 53 sifariş təqdim edib, 100% yerləşdirilib
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Prezident İlham Əliyev Qazaxıstanda səfərdədir






.jpg)




.jpg)









