“Turanbank” audit olunmuş hesabatlarını açıqladı - BANKDA VƏZİYYƏT NECƏDİR?
“Turanbank”ın auditi aparılıb, maliyyə vəziyyətinə qiymət verilib.“Turanbank” ASC 31 dekabr 2021-ci il tarixində başa çatmış il üzrə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun Hazırlanmış Konsolidə edilmiş Maliyyə Hesabatları və Müstəqil Auditorların Rəyini öz İnternet saytında yerləşdirib.
Marja.az maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “Turanbank” böyüyb, gəlirləri və xalis mənfəəti artıb.
MÜŞTƏIRİLƏƏR VERİLMİŞ KREDİTLƏR ARTIB
Belə ki, 2020-ci illə müqayisədə 2021-ci ildə “Turanbank”ın cəmi aktivləri 168 milyon 358 min manat və ya 32,5% artaraq 686 milyon 550 min manata çatıb.
Akitvlərdəki artımın xeyli hissəsi müştərilərə verilmiş kreditlərin artmasından qaynaqlanır. 2020-ci illə müqayisədə 2021-ci ildə “Turanbank”ın kredit portfeli 87 milyon 729 min manat və ya 26,9% artaraq 414 milyon 385 min manata yüksəlib.
Ötən il “Turanbank”ın qiymətli kağızlara investisiyaları 2,4 dəfə artaraq 27 milyon 794 min manata, digər banklara verilmiş kreditlər və depozitlər isə 15% artaraq 45 milyon 596 min manata qalxıb.
BANKDA DEPOZİTLƏR ARTIB
2020-ci illə müqayisədə 2021-ci ildə “Turanbank”ın depoziit portfeli (cari hesablar və müştərilərdən cəlb edilmiş vəsaitlər) 138 milyon 687 min manat və ya 49,4% artaraq 419 milyon 384 min manata yüskəlib.
ÖTƏN İL NİZAMNAMƏ KAPİTALI ARTIRILIB
31 Dekabr 2021-ci il tarixində “Turanbank” 80 milyon 5 min manat nizamnamə kapitalına malik olub. Bank 2020-ci ilin sonunda 75 milyon 5 min manat nizamnamə kapitalına malik idi.
XALİS MƏNFƏƏTİ ARTIB
2021-ci ildə “Turanbank”ın cəmi gəlirləri 53 milyon 926 min manat, cəmi xərcləri 49 milyon 49 min manat, xalis mənfəəti 4 milyon 877 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə “Turanbank” cəmi gəlirləri 42 milyon 230 min manat, cəmi xərcləri 39 milyon 833 min manat, xalis mənfəəti 2 milyon 397 min manat təşkil etmişdi.
Ehtimal olunan kredit zərərlərinin bərpası üzrə gəlir 2020-ci ildə 2 milyon 690 min manat ikən, 2021-ci ildə 4 milyon 335 min manat təşkil edib. Ehtimal olunan kredit zərərlərinin bərpası üzrə gəlir xaric ötən il “Turanbank”ın xalis mənfəəti 542 min manat təşkil edib.
2020-ci illə müqayisədə 2021-ci ildə “Turanbank”ın faiz gəlirləri 16,2% artaraq 41 milyon 1 min manata, haqq və komissiya gəlirləri 82,4% artaraq 5 milyon 70 min manata yüksəlib. Bankın xarici valyutalarla ticarət üzrə gəlirləri 9 dəfədən çox artaraq 2 milyon 578 min manat təşkil edib.
12 iyun 1992-ci ildən fəaliyyət göstərən “Turanbank” ASC-nin 2021-ci ilin sonunda 15 filialı və iki şöbəsi fəaliyyət göstərib (2020-ci il: 14 filial və 2 şöbə). 31 dekabr 2021-ci il tarixinə Bankın hər birinin səhm payı 10%-dən az olan 28 səhmdarı olmuşdur.
"Turanbank"ın 2021-ci il üzrə maliyyə hesabatlarının auditini "Baker Tilly Azerbaijan" şirkəti apararaq müsbət rəy verib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
9 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
9 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
13 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 19 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Ən çox oxunanlar
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb























