“Naxçıvanda rəqəmsal ödənişlərin cari vəziyyəti və strateji istiqamətlər” mövzusunda tədbir keçirilib
“2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”a, həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankının “2021-2023-cü illər üçün Rəqəmsal Ödəniş Strategiyası”na uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin təşkilatçılığı ilə 27 may tarixində “Naxçıvan” Universitetinin müəllim və tələbə kollektivi üçün maarifləndirici tədbir keçirilmişdir.
Mərkəzi Bankın Naxçıvan İdarəsinin yaydığı məlumatda bildirilir ki, tədbiri giriş sözü ilə açan “Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyeva tədbirin təşkilatçılarına və təlimçilərə öz təşəkkürünü bildirmiş, tədbirin həyata keçirilməsinin məqsədinin universitetin müəllim və tələbə heyətinin ödəniş alətlərindən istifadəyə olan marağını daha da artırmaq, nağdsız hesablaşmaların artırılmasına və alıcılıq mədəniyyətinin daha da yüksəlməsinə təkan vermək, onların elektron ödəniş xidmətlərindən daha aktiv istifadəyə təşviq edilməsində mühüm rol oynadığını qeyd etmişdir.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev muxtar respublikada 2013-cü ildən rəqəmsal ödənişlərin inkişafı ilə bağlı bugünədək 3 dövlət proqramının icra olunduğunu, ödəniş alətləri infrastrukturunun genişləndirildiyini, cəmiyyətdə nağdsız ödənişlərə marağın cəlb edilməsi məqsədilə müxtəlif dövrlərə aid dövlət qurumları ilə birgə maarifləndirici tədbirlərin, stimullaşdırıcı kampaniyaların keçirildiyini və nəticə etibarilə nağdsız dövriyyənin həcminin əhəmiyyətli dərəcədə artdığını bildirmişdir. Bundan sonra da rəqəmsal ödənişlərlə bağlı ictimai məlumatlılığın və inamın artırılması məqsədilə muxtar respublikada maarifləndirmə və təbliğat işlərinin mütəmadi olaraq davam etdiriləcəyini qeyd etmişdir.
Tədbirə videoformatda qoşulan Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru Fərid Osmanov ölkə ərazisində ödəniş sistemlərinin sabit, etibarlı, təhlükəsiz fəaliyyətinin təşkili, əlaqələndirilməsi, tənzimlənməsi və nəzarəti, habelə müasir trendlər nəzərə alınmaqla davamlı olaraq inkişaf etdirilməsinin Mərkəzi Bankın əsas fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd etmişdir. Qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə Mərkəzi Bankın aidiyyəti dövlət qurumları, beynəlxalq təşkilatlar və bank sektoru ilə birlikdə ölkədə elektron ödəniş sistemlərinin inkişafı və nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində davamlı olaraq ölkə miqyaslı layihələr reallaşdırdığını və strateji təşəbbüslər həyata keçirdiyini vurğulamışdır. Son olaraq rəqəmsal ödənişlərin institusional mühitinin daha da yaxşılaşdırılması, bank sektorunun yenidən canlandırılması, rəqəmsal ekosistemin formalaşdırılması və rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi strateji istiqamətləri üzrə müxtəlif tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmışdır.
Tədbirdə Azərbaycan Respublikası Mərkəzi Bankının Milli ödəniş sisteminin inkişafı və nəzarəti şöbəsinin əməkdaşı Xəyaləddin Tağıyevin, Azərbaycan Banklar Assosasiyasının ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə ekspert qrupunun rəhbəri, həmçinin “Bank of Baku” ASC-nin ödəniş sistemləri departamentinin direktor müavini Tamerlan Rüstəmovun müvafiq olaraq “Rəqəmsal ödənişlərdən istifadənin üstünlükləri və mövcud imkanlar”, “Ödəniş kartları və onlarla əməliyyatlar” mövzularında çıxışları dinlənilmişdir. Həmçinin Naxçıvan Muxtar Respublikasında bank sektorunun cari vəziyyətini xarakterizə edən videformatda təqdimat izlənilmişdir.
Sonda Universitetin nağdsız ödənişlərin həyata keçirilməsində fərqlənən 2 müəllimi və 2 tələbəsinə “Naxçıvanbank” ASC tərəfindən hədiyyələr təqdim edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
5 d. əvvəl
Azərbaycan şirkəti satışdan 266 milyon dollar gəlir əldə etdiyini açıqladı
- 9 d. əvvəl
-
10 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
38 d. əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Avtomobillərin KASKO sığortasında haqlar 1,9%, ödənişlər 27,7 faiz artıb
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
Kənd təsərrüfatı, nəqliyyat-rabitə, sənaye və istehsal üzrə bank kreditlərində azalma müşahidə olunub
Mayda bank sektorunda çalışanların sayı azalıb
Ən çox oxunanlar
İyunun 26-da gözlənilən hava şəraiti
“Toxumçuluq haqqında” qanun dəyişir - Reyestr yaradılacaq
Azərbaycan Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır - 8 sərnişin qatarı və 50 vaqon




























