ABŞ-da qazılan neft quyularının sayı artıb
ABŞ-da qazılan neft quyularının sayı, 12-16 İyun tarixlərini əhatə edən həftədə 747-yə çatıb.
"Marja" xəbər verir ki, qazılan neft quyuları barədə məlumat neft sənayesinin mövcud vəziyyəti barədə məlumat verir və yaxın dövr üçün xam neft hasilatına işarə kimi qəbul edilir.
Dünyanın ən böyük neft sənayesinə xidmət şirkəti "Baker Hughes"in təqdim etdiyi həftəlik məlumatlara görə, Amerikanın neft sənayesində bu həftə 6 yeni quyunun qazılmasına başlanılıb və qazılan quyuların ümumi sayı 747-yə yüksəlib.
"Baker Hughes"ın məlumatları, ölkədəki qazılan neft quyularının sayında 22 həftə ardıcıl artım olduğunu göstərdi. Beləliklə, yanvar ayında 522 olan qazılan quyuların sayı, son 22 həftədə 43 faiz artıb.
ABŞ-da cəmi qazılan quyuların sayı 2014-cü ilin Oktyabr ayında 1609 ilə ölkə tarixindəki ən yüksək səviyyədə idi. Sonradan aşağı neft qiymətləri Amerikanın neft sənayesinə də mənfi təsir etməsilə ötən ilin may ayında 316-ya geriləyərək 80%-lə tarixi azalma qeyd etmişdi.
Neft hasilatı son 17 həftənin 15-ində artım göstərib
ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatlarına görə, ötən ilin oktyabr ayında gündəlik orta hesabla 8,45 milyon barelə qədər geriləyən ABŞ-ın xam nft istehsalı, son 17 həftənin 15-ində yüksələrək ötən həftə etibarilə gündəlik orta hesabla 9,33 milyon barrel olub.
EIA-nın iyun ayı "Qısa Dövr Enerji Mənzərəsi Hesabatına" görə, ABŞ-ın xam neft hasilatının bu il gündəlik orta hesabla 9,3 milyon barrel, gələn il də 10 milyon barrel olması gözlənilir.
Neft qiymətləri son 6 həftənin ən aşağı səviyyəsində
ABŞ-ın xam Neft hasilatının yüksəlməyə davam etməsinin ardından dünən neft qiymətləri son 6 həftənin ən aşağı səviyyəsinə enib.
Dünən Londonda Brent neftinin barrel qiyməti 46,70 dollara, ABŞ-ın Qərbi Texas neftinin barrel qiyməti də 44,22 dollara qədər aşağı düşərək, 5 Maydan bu yana ən aşağı səviyyəyə enib.
Sonradan ABŞ dollarının dəyərdən düşməsilə əlaqədar olaraq neft qiymətlərində az yüksəliş görülüb. Brent neftinin barrel qiyməti 47,22 dollar, Qərbi Texas neftinin barrel qiyməti də 44,61 dollar olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)





.jpg)








