Qazaxıstan şirkətləri Bakıya gəlir - Azərbaycan biznes nümayəndələri tədbirə dəvət olunurlar
6-8 iyun 2022-ci il tarixlərində Bakı şəhərində Qazaxıstan istehsalçılarının və xidmət təminatçılarının təmsil olunduğu Qazaxıstan Ticarət-İqtisadi Missiyası (TİM) baş tutacaq.
"PwC Azərbaycan" şirkətindən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, bu missiyanın məqsədi Azərbaycanla Qazaxıstan arasında qida məhsulları, yüngül sənaye, neft-mədən xidmətləri, o cümlədən avtonəqliyyat, metal prokat və məişət kimyası kimi sənaye sahələrində ticarət əməkdaşlığının genişləndirilməsindən ibarətdir.
Tədbir Qazaxıstan Respublikası Ticarət və İnteqrasiya Nazirliyi, “QazTrade” SC, Qazaxıstan Respublikasının Azərbaycandakı Səfirliyi və Azərbaycanda “Qazaxıstan Ticarət Evinin” dəstəyi ilə keçiriləcək.
İkitərəfli ticarət əməkdaşlığının perspektivləri son zamanlar geniş vüsət almaqdadır. Bu mərhələdə Qazaxıstandan Azərbaycana qeyri-xammal ixracının prioritet istiqamətləri qida məhsulları və maşınqayırma sənayesi məhsullarıdır. Belə ki, PwC Azərbaycan nümayəndələrinin şərhlərinəəsasən, qlobal iqtisadi gündəmdəki kəskin dəyişikliklər və bunun nəticəsində taxıl və digər məhsulların ixracının məhdudlaşdırılması tendensiyaları, Azərbaycan bazarında qida məhsullarına olan tələbatın artması ehtimalını yaradır.
TİM tədbirlərinin əksəriyyəti hər iki ölkənin sahibkarları arasında B2B danışıqlar formatında keçiriləcək ki, bu da Azərbaycanda fəaliyyət göstərən müəssisələrə Qazaxıstan məhsullarının üstünlükləri haqqında ətraflı məlumat əldə etməyə və işgüzar əməkdaşlıq və gələcək təchizatlar barədə razılığa gəlməyə imkan verəcək.
Qazaxıstan nümayəndə heyətinə “QazTrade” SC tərəfindən həyata keçirilən “İxracın Sürətləndirilməsi Proqramında” iştirak edən şirkətlər daxildir. Artıq üçüncü ildir ki, Proqram Azərbaycan bazarı daxil olmaqla, Qazaxıstan ixracatçıları üçün geniş yayılmış dövlət dəstəyi vasitələrindən biridir. İştirakçılar arasında Qazaxıstanın İT və tikinti sektorunun nümayəndələri, ət-süd, un və qənnadı məmulatları istehsalçıları və metal konstruksiyalar istehsalı şirkətləri yer alır.
Ticarət-İqtisadi missiyanın keçirilməsi nəticəsində iki ölkə arasında uzunmüddətli işgüzar əlaqələrin qurulması, o cümlədən Qazaxıstan məhsullarının azərbaycanlı tərəfdaşlara tədarükü üçün müqavilələrin imzalanması gözlənilir.
Bu tədbirə maraq göstərən Azərbaycan biznes nümayəndələrini TİM-də iştirak etməyə dəvət edirik. Tədbir "Fairmont Baku" otelində baş tutacaq. Giriş sərbəstdir.
PwC-nin əsas məqsədi cəmiyyətdə etimad yaratmaq və mühüm problemləri həll etməkdir. Biz strategiyanın tərtib edilməsindən icrasına qədər vergi, hüquq, audit və məsləhət sahələrində müştərilərimizə məsələlərin həllinə yönəldilmiş xidmətlərin göstərilməsi hesabına buna nail olmuşuq. PwC-nin Bakı ofisində 4 ölkədən 130-dan artıq mütəxəssisimiz yeni perspektivlərin yaradılması və müştərilərimizə praktiki mәslәhәtlәrin verilməsi üçün öz bilik, təcrübə və fikirlərini bölüşür. PwC dünyanın 156 ölkəsində audit, vergi və məsləhət xidmətləri sahəsində yüksək keyfiyyətli xidmətlər göstərən 284,258 mütəxəssisin çalışdığı şirkətlər şəbəkəsidir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 16 d. əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
8 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım











.jpg)




.jpg)





