Azərbaycanda ilk dəfə həyata keçirilən “agent bankçılıq” layihəsi daha bir regionda tətbiq olundu
Azərbaycanda ilk dəfə həyata keçirilən “Agent bankçılıq” layihəsi daha bir regionda – Qəbələ şəhərində əhaliyə təqdim olunub.
“Azərpoçt” MMC-nin yaydığı məlumatda bildirilir ki, “Agent bank” rolunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC “Access Bank” QSC ilə əməkdaşlıq çərçivəsində yerinə yetirir. Vətəndaşlar Qəbələ şəhəri, Həzi Aslanov 39 ünvanında yerləşən “Azərpoçt” MMC filialında “AccessBank” QSC-nin təqdim etdiyi maliyyə xidmətlərindən istifadə edə bilərlər.
Qeyd edilib ki, layihə Azərbaycan Respublikası Mərkəzi Bankının təşəbbüsü və Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) dəstəyi ilə həyata keçirilir. Bütün ölkə vətəndaşları üçün maliyyə xidmətlərinin əlçatanlığının artırılması məqsədi daşıyan “agent bankçılıq” modelinin tətbiqinə ilk olaraq Ağdaş rayonunda yerləşən “Azərpoçt” filialında başlanılmışdı. Mart ayından etibarən şəhər sakinləri Bəkir Nəbiyev küçəsi 15/4 ünvanında yerləşən poçt filialında bank xidmətlərindən yararlanırlar.
Hazırda “Azərpoçt” MMC-nin hər iki regiondakı filialında müştərilərə, tələbata əsasən, mikro və aqrokreditlər, həmçinin istehlak kreditləri və debit kartları təklif olunur.
Məlumat üçün bildirək ki, “agent bankçılıq” modeli bank məhsul və xidmətlərinin müştərilərə üçüncü tərəf təşkilat tərəfindən təqdim edilməsidir. Beynəlxalq təcrübədə bank filial və şöbələrinin sayı az olan ərazilərdə əhalinin bank xidmətlərinə çıxış imkanlarının artırılması üçün bu modeldən geniş istifadə olunur.
“Azərpoçt” MMC və “Access Bank” QSC arasında əldə olunmuş razılığa əsasən, növbəti mərhələdə “agent bankçılıq” layihəsinə Masallı və Zərdab rayonları qoşulacaq.
Üçəsrlik tarixə malik “Azərpoçt” MMC 1500-ə qədər şöbəsi ilə bu gün ənənəvi poçt xidmətlərinin icrası ilə yanaşı, maliyyə, logistika və “retail” xidmətləri də göstərərək ölkə vətəndaşlarının bu xidmətlərə əlçatanlığını təmin edir.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan premium üstünlüklərlə dolu yeni ‘’Bankkart Prestij’’ kredit kartını təqdim edir!
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 21 d. əvvəl
-
25 d. əvvəl
Ötən il hotellərdə yerlərin 75,6 faizi boş qalıb, gəlir azalıb
-
2 saat əvvəl
247 biznesə “Startap” şəhadətnaməsi verilib - Mənfəət və ya gəlir vergisindən 3 il azaddırlar
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Neft Fondu: Qlobal maliyyə bazarlarındakı tendensiyalar bizə müsbət təsir edib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı oldu
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
247 biznesə “Startap” şəhadətnaməsi verilib - Mənfəət və ya gəlir vergisindən 3 il azaddırlar
“SİMA KYC” ilə hüquqi şəxs hesabını banka getmədən aç!
Polipropilen və laminatlı kisə müəssisəsinin təməli qoyuldu - 11,2 milyon manat yatırılacaq, 140 iş yeri yaradılacaq
Ən çox oxunanlar
İnvestisiyadan 6,9 milyard manat qazanıb – 6,2% gəlirlilik
Karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı oldu
6 milyon manatlıq güzgü vərəqələrin istehsalı zavodunun açılışı oldu - 30 nəfər işlə təmin olunub
Azərbaycanın mebel şirkətinin satışı kəskin artıb, 102 milyon manatdan çox gəlir əldə edib
Azərbaycan neftinin son qiyməti



















