Hiyleyi İdariyyə - "Sənin düzün əyridir"
"Bəyəm siz pul alırsınız ki? Pulu birbaşa bizə vermir. Çerez başqası."...Diksinərək yuxudan hövlanək ayılıb, qeyri ixtiyari ətrafa boylandı. Çaşmışdı. Şüuru yerinə qayıdınca məşuqə ilə deyil, digər evdə olduğunu anladı. Saata baxdı. 4 idi. İki gündü qəribə yuxular görürdü. Bu dəfə gördüyü yuxu, dünənkinin tam əksi idi. Heç vaxt görmədiyi amma ağızdan ağıza uşaqlıqda eşitdiyi ağ paltarlı, ağ saçlı, nurani ixtiyar ona məsləhət vermişdi. Amma nədənsə bu məsləhətlər canına qorxu-üşütmə salmışdı. Niyə qorxduğunu heç özü bilmirdi. Tək bir şeyi hiss edirdi və anlayırdı – canında qorxu var... Nəfəsi daralmışdı, sinəsindən qarnına doğru sanki istilik hərəkət edirdi. Bu istilik yayıldıqca qarın hissəsində küt ağrı dolaşır, ayağının süstlüyü isə getdikcə artırdı... Gecələr gördüyü yuxular zehnində canlanmağa başladı...
1-ci günün yuxusu:
Müavini yanına gəlmişdi. Yeni kadrın vəzifəyə təyin olunmasını təklif edirdi:
- Çox yaxşı oğlandı. Başını kəssən, söz danışmaz. Bizim tərəflərdəndi. Çox sınaqlardan keçirmişəm. Fərasətlidi maşallah!
- Nə deyir?
- Yüz min.
- Sonra zibili çıxmaz ki? Axı rəhbərliyə söz vermişəm düz işləyəcəm.
- Bəyəm siz pul alırsınız ki? Pulu birbaşa bizə vermir. Çerez başqası. Guya özünü tapşırtdırır. Sizə sadəcə xahiş edirlər, siz də xahişdən keçmirsiniz. Bəyəm xahişə baxmaq olmaz?! Sizin dostunuz olmamalıdı?! Əşi, kim nə deyir desin..
- Sonra şey olmaz?
- Qəti!
- Yaxşı... İndi o qədər demoqoqlar artıb ki, bilmirsən kim yaxşıdı, kim pis.
- Fikir verməyin! Onlardan o qədər görmüşük ki. Dostlarımız çoxdu, deyərik başını əkərlər, heç özünün xəbəri olmaz...
Müavinin “Başını əkəcəklər” sözü ona təsir etmiş, qüruruna toxunmuşdu:
- Əlbəttəəə! Qələt edirlər! Sən bilirsən də mən şeylə dostam. Deyərəm evindən başına torba salıb apararlar.
- Bəli, bəli... bilirəm, müəllim...
- O sən gətirən mizan avadanlıqları nə yerdə qaldı? Şey deyir ki, düz ölçmür.
- Qələt edir həll etdim.
- Ok, axırı elə et ki, şey olmasın.
- Olmaz!
...
1-ci günün yuxusu gündəlik hadisələrə oxşar olduğu üçün həmin günü yadına düşməmişdi. Amma 2-ci günün yuxusu və xofu hər ikisini yada salmışdı.
2-ci günün yuxusu:
...Hər tərəf ağ rəngə bürünmüşdü. Çox qəribə yer idi. Tam sakitlik. Sanki buludların üstündə yeririyirdi. Kimisə, nəyisə axtarırdı elə bil. Sonu görünməyən bu böyük yer onu vahimələndirirdi. Birdən qarşısında kiminsə baxdığını anlayıb durdu. Bu eştdiyi, filmlərdən xatırladığı ağ paltarılı, ağ saçlı, nurani ixtiyar idi. Çöhrəsində nurla yanaşı, qəzəbə bənzər hissin olduğu da sezilirdi.
- Oğul, bəxtin gətirdi ki, nə qədər gec deyil, rastlaşdıq. Sənə vacib deyəcəklərim var.
Rəhbərlik təkəbbürü bir anlıq ixtiyara həddini başa salmaq, onu söymək, danlamaq və ağır sözlər demək duyğusunu yaratsa da, özünü güclə saxladı və:
- Bir az tez de vaxtım yoxdu!
- Ay oğul, cəmiyyətdə üzdə görünən rəhbər olmaq, üstünlük yox, bir məsuliyyətdir. Sənin atdığın hər bir addım növbəti nəsil üçün örnəkdir. Gələn nəsil işgüzarlığı və şəxsi keyfiyyətləri həm də səndən öyrənir. Əgər sən ədalətsizlik edərsənsə, kütbeyin və uyğunsuz kadrları ləyaqətli və bacarıqlı adamların yerinə təyin edərsənsə onda cəmiyyətin əxlaqına mənfi təsir edərsən, insanlarda inamsızlıq yaradarsan. Gələn nəsilə də belə əyriliyi miras qoyarsan. Dəvəni uzunqulağın quyruğuna bağlamazlar oğul! Həm də, sən rəhbərliyin qəbulunda ona düz işləyəcəyinə söz verdin axı!
- Axı mən düz işləyirəm! Bir adam deyə bilməz şəxsən mənə nəsə verib və ya təşkilatın pulunu sənədsiz-sübutsuz götürüb şəxsi məqsədimə xərcləmişəm.
Diqqətlə qulaq asan nurani ixtiyar:
- Ay oğul, sən Əbdürrəhim Bəy Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” əsərini oxumusanmı?
- Xeyr! Mənim vaxtım var kitab oxumağa?!
- Qoy danışım qulaq as, lazımın olar. Həmin bu əsərdə Hacı Mehdiqulu adında bir mömin var, özü də tacirliklə məşğuldur. Bazarda bütün tacirlərin ona ili 66 faizlik müamilə ilə həmişə borcu olur. Lakin o müamilə işini elə edir ki, şəriətin faiz vermək qaydası pozulmur, işlər də düz olur. Belə ki, hacının yanına 6 ay üçün 500 manat borca gələn adama borc alanın razılığı ilə qiyməti 20 qəpiklik yaylığı 150 manata satır. Beləliklə adamın 500 manat nəğd puldan, 150 manat da yaylıqdan cəmi 650 manat borcu yaranır. Göründüyü kimi burada şəriətin qaydası pozulub faiz anlaşması olmur. Sadəcə 20 qəpiklik yaylıq borc alanın istəyi ilə 150 manata satılır. Alan da razı, satan da razı. İşlər də düpbədüz! Bax bunun adına deyirlər “Hiyleyi Şəriyyə”. İndi oğul, sən də əgər bahalı binanı su qiymətina satın alıb, satanı vəzifəyə təyin edirsənsə, pulumu verib malı almışam deyirsənsə, özünə məxsus obyektləri rəhbərlik etdiyin təşkilata baha qiymətə arendaya verirsənsə, şəxsən sənə verilməsə də, başqa üsulla ötürülmüş pulların qarşılığında, xahiş adıyla, ya tapşırıq adıyla vəzifəyə adam təyin edirsənsə, idarə tərəfindən görülmüş işlərin dəyərini dəfələrlə şişirdib öz şirkətlərinin adına sənəd-sübutla, yerli-yerində bağlayırsansa onda dediyin kimi sən də düz işləyirsən. Rəhbərliyə verdiyin sözə də sadiqsən. Sadəcə sənin düzün əyridir. Və bunun da öz adı var. “Hiyleyi İdariyyə”
- Nə?!
- Hiyleyi İdariyyə!!!
Nurani ixtiyar sonuncu sözü o qədər qəzəblə dedi ki, adam səsdən diksindi...
...özünü toparlayıb yuxunun təsirindən çıxmağa çalışdı. Saat artıq 5 idi. Bədəni sanki keyimişdi. Durub su içmək üçün mətbəxə keçərkən pıçıltı ilə təkrarlayırdı “Hiyleyi İdariyyə”... “Hiyleyi İdariyyə”... “Hiyleyi İdariyyə”...
Müəllif: İdarəetmə üzrə mütəxəssis
Şamil Şahbazov
Müştərilərin xəbərləri
Trendyol üçüncü Dayanıqlılıq Hesabatında karbon neytrallığı hədəfinin 70%-nə daha tez çatacağını açıqlayıb
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
5 saat əvvəl
Bank of America: Qızılın qiyməti 2026-cı ildə 5 min dollara çata bilər
-
5 saat əvvəl
Nəhəng bank qızılın qiymətinin 5150 dollara yüksələcəyini proqnozlaşdırır
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan Banklar Assosiasiyası və Koreya Banklar Federasiyası Memorandum imzaladı
-
6 saat əvvəl
Azərbaycana turist axını ərəb və MDB ölkələrindən gələnlərin sayı ilə əlaqədar olaraq azalıb
-
6 saat əvvəl
Sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsinə görə rüsum tutulacaq
- 6 saat əvvəl
-
6 saat əvvəl
AccessBank və Neurotime süni intellekt sahəsində tədris təşəbbüsünə start verdilər
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
Azərbaycan Banklar Assosiasiyası və Koreya Banklar Federasiyası Memorandum imzaladı
“Azərsun Holdinq” “PeterFood” sərgisində iştirak edir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Trendyol üçüncü Dayanıqlılıq Hesabatında karbon neytrallığı hədəfinin 70%-nə daha tez çatacağını açıqlayıb
Bolt sürücüsüz dövrə başlayır
ATV kanalına xəbərdarlıq edilib - "Reklam haqqında" qanun poulub
5 BOKT-un illik vergiyəqədərki mənfəəti 6 milyon manatdan az deyil
Vergi yükünün 30 faiz azaldılmasında məqsəd kirayə bazarı üzrə “ağarmaya” nail olmaqdır - VİDEO
Bankda "Qara cümə" kampaniyası






















.jpg)


