DTA-nın veb-saytında interaktiv statistika bölməsi istifadəyə verilib
Dövlət Turizm Agentliyinin rəsmi veb-saytında statistik məlumatların vətəndaşlar və KİV nümayəndələri üçün əlçatanlığını təmin etmək məqsədilə yeni interaktiv statistika bölməsi istifadəyə verilib.
Gəlmə statistikası göstəricilərini özündə ehtiva edən bölmənin ilk səhifəsində cari il və ay üzrə Azərbaycana səfər edən xarici vətəndaşların sayı, ölkələr və regionlar üzrə filtrləmək funksiyası öz əksini tapır.
Səhifədə ziyarətçilərə aylıq gəlmə sayına regionlar və ölkələr üzrə nəzər salmaq, eləcə də cari ilin hazırkı ayını əvvəlki ilin müvafiq ayı ilə rəqəm və faiz üzrə müqayisə etmək imkanı təqdim olunur.
Burada, həmçinin “Aylıq tendensiya” hissəsində 2019, 2021 və 2022-ci illərin hər bir ayı üzrə gəlmə sayının dəyişməsi diaqramlar vasitəsilə göstərilir.
İnteraktiv panelin ilk səhifəsində cari ay üzrə Azərbaycana səfər sayında vətəndaşları çoxluq təşkil edən ilk 15 ölkə üzrə rəqəmlər, eləcə də bölmədə əks olunan xəritədə qeyd olunan müvafiq ölkələr üzrə rəqəmlər vizuallaşdırılıb. Səhifədə filtrləmə əməliyyatı aparıldıqdan sonra səhifədəki bütün qrafik və saylar avtomatik seçilmiş ölkə və regiona görə yenilənir.
Bölmənin 2-ci səhifəsində cari ilin ayları, eləcə də regionlar və ölkələr üzrə seçim imkanı verilir və nəticənin əks olunduğu hissədə gəlmə sayı əvvəlki illərlə müqayisədə rəqəm və faiz nisbətləri ilə göstərilir.
3-cü səhifədə isə regionlar, ölkələr, illər və aylara görə statistik göstəricilər xəritə, zolaqlı və xətti diaqramlarla təqdim edilir. Bu səhifədə 2017-ci ildən etibarən ay, region və ölkə üzrə seçim edilərək istənilən məlumatı sürətli şəkildə görmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub


















.jpg)







