Dollar Fed-in faiz artırmasından sonra bahalaşır
Dollar treyderlərin uzun avro mövqelərini azaltmaları (Avronu satmaları) ilə əlaqədar olaraq bu həftə ilk dəfə yüksəlib.
"Marja"nın məlumatına görə, ABŞ Mərkəzi Bankı Fed bəyan edib ki, ilin əvvəlində ABŞ-da iqtisadi artımda baş vermiş geriləmə müvəqqətidir, Fed mərhələli faiz artırmaqda davam edəcək və bu ildən balansını azaldacaq. Balansın azaldılmasının digər bir açıqlaması dövriyyədəki Dollar kütləsinin müəyyən hissəsinin geri yığılmasıdır. Adətən izafi pul kütləsinin yığılması həmin valyutanın bahalaşmasına səbəb olur.
Bakı vaxtı ilə saat 17:00-a olan məlumata görə, Avro Dollar qarşısında 0.65 faiz geriləyib. Avro/dollar, məzənnəsi 1.1145 səviyyəsindən əməliyyat olunub (Dollar bahalaşıb, Avro ucuzlaşıb).
Fed-in Federal Açıq Bazar Komitəsinin (FOMC) 14 İyunda başa çatmış iclasında faiz 25 bənd artırılaraq 1.00% - 1.25% aralığına qaldırılıb.
NEFT UCUZLAŞIR
Güclənən Dollar və ABŞ-da neft hasilatının artması ilə əlaqədar olaraq neft ucuzlaşır. Bu gün Brent neftinin qiyməti 46,75 dolları, Teksas nefti isə 44,39 dolları görüb.
Azərbaycan büdcə gəlirləri üçün neftin qiymətini 40 dollar müəyyən edib. Bu qiymət ölkəmiz üçün kritik səviyyədir. Rusiya neftin yenidən 40 dollara düşəcəyini proqnozlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)







.jpg)






