Bananda təəccüblü vəziyyət - İri supermarketlər hökmran mövqelərindən sui-istifadə edirlər?
Azərbaycanda pərakəndə banan satışında ənənəyə əks bir vəziyyət yaranıb. Belə ki, indiyədək iri supermarketlərdə fərdi meyvə-tərəvəzlərdən ucuz satılan banan, bir müddətdir supermarketlərdə daha bahalıdır.
Marja.az-ın məlumatına görə, hazırda pərakəndə ticarətdə hökmranlıq edən iri şəbəkələr bananın 1 kiloqramını 2,78-2,89 manata təklif edirlər. Yol kənarlarında, məhəllərdə yerləşən meyvə-tərəvəzlərdə isə bananın kiloqramı 2 manatdır. Bazarlarda qiymət bir qədər də aşağıdır.
Meyvə-tərəvəz satıcıları yaranmış vəziyyətə təəccüblənirlər. Onların sözlərinə görə, həmişə supermarketlər bananı daha ucuz satıblar, çünki onlar hər gün bir neçə yeşik deyil, maşınlar ilə bannan aldıqlarından topdansatış məntəqələrindən daha böyük endirimlər əldə edirlər. Meyvə-tərəvəz satışı məntəqələri qiymət rəqabətində bananı topdan daha ucuz alan iri supermarketlər ilə ayaqlaşa bilmirdilər.
Ehtimal olunur ki, bugün supermarketlərin bazarlardan və meyvə-tərəvəzlərdən daha yüksək qiymət diqtə etmələri hökmran mövqelərindən sui-istifadə və süni qiymət artırılması əlaməti ola bilər. Pərakəndə bazarı demək olar ki, aralarında bölüşdürmüş iri şəbəkələr qiymət diqtə etməyə cəhd edirlər. İri supermarketlər bilirlər ki, əsas qida və qeyri-qida məhsulları üçün alış-veriş edən əksər alıcılar bir banan üçün ayrıca meyvə-tərəvəzlərə getməyəcəklər, baha olsa da supermarketdən alacaqlar.
Son vaxtlar böyük supermarket şəbəkələrinin hökmran mövqelərindən sui-istifadə etdiklərini bir sıra yerli istehsalçılar da iddia edirlər. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin mütəxəssisləri bu prosesləri diqqətlə izləməli, gecikmədən qarşısı alınmalıdır.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
33 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq



























