İqtisadiyyat naziri “Technovate Mələk İnvestorlar Klubu”nun yaradıldığı barədə məlumat paylaşdı
Qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla Azərbaycanda himayədar sərmayəçiləri birləşdirən “Technovate Mələk İnvestorlar Klubu” yaradılıb.
Marja.az xəbər verir ki, bunu barədə Tvitter səhifəsində İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
"Belə platformalar startap ekosisteminə yeni və maraqlı imkan, biznes və rəqabət mühitinin inkişafı üçün faydalı təşəbbüsdür",- nazir qeyd edib.
Xəbər verdiyimiz kimi, ABŞ şirkəti “Technovate İnvestments”in qurucusu Fərid İsmayılzadə Azərbaycanda “Technovate Mələk İnvestorlar Klubu”nun yaradıldığını elan edib.
"Klubumuzu ilk dəfə elə ilk üzvlərlə birlikdə "Lotfi Zadeh Technology Center"-də 18 apreldə baş tutmuş görüşümüzdə təməlini qoyduq. Bu müsahibəni oxuyan, risk etmək həvəsi yüksək olan, ildə təxminən 10-50 min dollar məbləği qlobal startaplara yatırtmaq istəyən, qarşılığında 10, 100, bəzən hətta 1000 dəfə çox gəlir əldə etmək istəyən, amma alınmasa da o pulu itirməyi göz önünə alan, dünyanın müsbət dəyişimində rol almaq istəyən soydaşlarımızı bu kluba qoşulmağa çağırıram. Bu klub mənim üçün yeni deyil. Belə ki, biz startaplarımıza “Sand Hill Angels”, “Sacramento Angels” və s. bu tip klublardan vəsaitlər cəlb etmişik. Onların bəzilərinin də üzvüyəm. Əlbəttə ki, bizim bu klub Amerikadakılar ilə müqayisədə ölçü baxımından olduqca kiçik olacaqdır, amma bu ölkəmizdə mələk investisiyası riskini götürmək istəyən investorlar üçün yaradılacaq ekosistem baxımından çox vacib addımdır. Kluba üzvlük individual olaraq qiymətləndirilir. Müraciət etmək üçün www.technovateangels.com səhifəsi üzərindən məlumatları doldurub qeydiyyatdan keçmək lazımdır. İlk öncə klubda bəlli saya çatdıqdan sonra məzmunca zəngin olacaq təlimlər, vebinarlar keçirməyi düşünürəm. Yerli investorlarımızın xarici investorları dinləməsini, onların təcrübələrini öyrənməsi çox vacib nəaliyyət olacaq.Sonra isə klubumuza üzv olan investorlar Technovate-ə dünyanın istənilən nöqtəsindən müraciət etmiş və Technovate-in “süzgəcindən” keçən startaplara, müstəqil olaraq investisiya etmək imkanı veriləcək",- Fərid İsmayılzadə Marja-ya müsahibəsində bildirmişdi.
Fərid İsmayılzadə qeyd edib ki, Orxan Bağırov Kluba rəhbər təyin edilib:
"Kluba rəhbərliyi üçün bu sahədə biliyinə çox güvəndiyim, eyni zamanda investisiya və texnaloji sahədə 10 ildən çox təcrübəsi olan Orxan Bağırova təklif etdim və o da razılaşdı. Orxan Bağırov hazırda İnvestAZ İnvestisiya Şirkətində və GoldenPay şirkətində Müşahidə Şurasının üzvüdür. Klubun idarəçiliyi digər məsələlər onun nəzarətində olacaq. Klubun cari işləri ilə məşğul olması üçün katibliyi də olacaq. Mən isə harda olmağımdan asılı olaraq investorlara lahiyələrin gəlməsi, onların inkişafı və məlumatlandılmasında aktiv iştirak edəcəyəm".
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
13 d. əvvəl
"İPO üzrə parametrləri Novruz bayramından dərhal sonra açıqlayacağıq"
-
-
27 d. əvvəl
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
-
1 saat əvvəl
“129 milyon manat və ya xalis mənfəətin 60%-i həcmində dividend ödənişimiz olub”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
Sabaha olan hava proqnozu
Ən çox oxunanlar
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
























