“Bakı KOB evində startaplar üçün mərkəz yaradılacaq”
Yaxın vaxtlarda istifadəyə veriləcək Bakı KOB evində startaplar üçün “Equipment sharing” modeli əsasında mərkəz yaradılacaq.
Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Rəqəmsal sahibkarlıq və perspektiv imkanlar” mövzusuna keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, burada müxtəlif texnoloji avadanlıqlar, serverlər və şəbəkə sistemləri startapların ortaq istifadəsinə veriləcək: “Yaradılması nəzərdə tutulan model müəssisə startaplara və KOB-lara ən səmərəli istehsal proseslərini sınaqdan keçirmək imkanı verəcək”.
O. Məmmədov qlobal pandemiyanın dünya iqtisadiyyatına mənfi təsiri ilə yanaşı, onlayn fəaliyyəti və rəqəmsal sahibkarlığı stimullaşdırdığını, yeni bilik və bacarıqların inkişafına, rəqəmsallaşmanın sürətlənməsinə, yeni biznes proseslərin yaranması və inkişafına təkan verdiyini vurğulayıb.
O qeyd edib ki, aparılmış hesablamalar bəzi sahələr üzrə rəqəmsallaşmanın 10 dəfəyə qədər sürətləndiyini göstərir: “Son illər Azərbaycanda inkişaf etmiş ölkələrin təcrübəsinə uyğun olaraq, rəqəmsal sahibkarlığı inkişaf etdirmək üçün xüsusi islahatlar aparılır, stimullaşdırıcı mexanizmlər tətbiq olunur”.
KOBİA-nın sahibkarlığın rəqəmsallaşdırılması, biznes fəaliyyətində innovasiyaları təşviq edən dəstək və xidmətləri barədə məlumat verən Agentlik sədri bu sahədə gələcək planları da diqqətə çatdırıb: “Hazırda sahibkarlara göstərilən xidmətlərin yaxşılaşdırılması və elektronlaşdırılması məqsədilə “e-KOB evi” portalı yaradılmaqdadır”.
Qeyd edək ki, bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və KOBİA-nın dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə növbəti ictimai müzakirə təşkil olunub. Dövlət qurumlarının və biznes assosiasiyaların nümayəndələrinin, 70-ə yaxın iş adamının iştirakı ilə keçirilmiş budəfəki ictimai müzakirə “Rəqəmsal sahibkarlıq və perspektiv imkanlar” mövzusuna həsr olunub.
Dövlət-sahibkar əməkdaşlığı çərçivəsində təşkil olunmuş ictimai müzakirədə ölkəmizdə həyata keçirilən rəqəmsallaşdırma siyasəti, əlverişli biznes mühitinin formalaşdırılmasında rəqəmsallaşdırmanın rolu, rəqəmsal sahibkarlığın inkişaf etdirilməsi, bu sahədə KOB subyektlərinə dəstək məsələləri müzakirə olunub.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
11 d. əvvəl
"İPO üzrə parametrləri Novruz bayramından dərhal sonra açıqlayacağıq"
-
-
25 d. əvvəl
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
-
1 saat əvvəl
“129 milyon manat və ya xalis mənfəətin 60%-i həcmində dividend ödənişimiz olub”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
Sabaha olan hava proqnozu
Ən çox oxunanlar
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq























