"Market şəbəkələrinin müqavilə şərtləri bahalaşmaya səbəb olur"
"“Araz”, “Oba”, “Bazarstore”, “AL”, “Bravo”, “Rahat” və digər marketlər şəbəkələri pərakəndə ticarət sahəsində üstün mövqelərindən istifadə etməklə istehsalçılarla qeyri-bərabər, istehsalçıların mənafeyinə uyğun gəlməyən müqavilələr imzalayırlar."
Marja.az xəbər verir ki, bu, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciətində bildirilir.
"Məsələn, təzə kəsilmiş toyuq ətinin rəf ömrü 5 gün, ən yaxşı halda 1 həftədir. Müqavilədə onun dəyərinin ödənməsi üçün 45 günlük müddət müəyyənləşir. Digər məhsullarla bağlı da eyni vəziyyətdir. Bu, bizim öz istehsal prosesimizi vaxtında və düzgün tənzimləməyimizə, istehsalı genişləndirməyimizə imkan vermir, istehsal olunan məhsulun maya dəyərinin artmasına, son nəticədə ərzaq bazarında bahalaşmaya səbəb olur", - müraciətdə deyilir.
Qeyd edilib ki, yuxarıda adları çəkilən şəbəkələrdən “Bravo” istisna olmaqla, heç biri istehsalçılardan aldıqları məhsulların pulunu müqavilədə nəzərdə tutulan vaxtda ödəmir. Müxtəlif yollarla bəzən bu proses 2-3 aya qədər uzanır.
Müraciətdə qeyd edilib ki, son zamanlar “Bazarstore”dan müqavilə üzrə ödənişlər davamlı surətdə uzanır və ödəniş müddətindən 15-20 gün (ümumi 45-50) gün sonra həyata keçirilir. Tələb olunan müqaviləyə ödənişlə bağlı hansısa fakturaaltı ödənişlərdə düzəlişi də qəbul etmir.
Həmçinin müraciətdə bildirilir:
“OBA” marketlərdə təzə məhsullar üçün müqavilə üzrə 30 gün tələbi qeyd edilir, amma dondurulmuş məhsulların ödənişini yalnız rəfdən çıxışı zamanı həyata keçirəcəyini bəyan edir. Bu şərt istehsalçının aşağı marjınallı biznesini təhlükəyə atmaqla yanaşı, həm də ödənişin həqiqətən də rəfdən çıxışdan sonra həyata keçirilib-keçirilmədiyini qeyri-müəyyən edir. Çünki rəfdən məhsulun nə zaman satıldığnı yalnız şəbəkənin özü bilir və istehsalçıya bununla bağlı dəqiq bir sübut verə bilmir".
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 27 d. əvvəl
-
- 31 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





















