“Azercell Telekom” MMC “Bakı Marafonu -2022”-nin baş sponsorudur
Lider mobil operator bütün abunəçilərini marafona qatılmağa dəvət edir!(®) May ayının 15-də Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə ölkəmizin idman təqvimində mühüm yer alan “Bakı Marafonu” keçiriləcək.
Bu il “Bakı Marafonu” yubileyini qeyd edir. Artıq 5 ildir ki, həm Azərbaycandan, həm də dünyanın fərqli ölkələrindən minlərlə idmansevər “Küləyə qalib gəl” şüarı altında “Bakı Marafonu”nda yarışır. Bu dəfə yarış sağlam həyat tərzi pərəstişkarlarını həm də yeni marşrut ilə sevindirəcək. Eyni zamanda, marafonun start və finiş nöqtəsi eyni məkanda yerləşəcək. İştirakçılar Dövlət Bayrağı Meydanında toplaşacaq və 21 kilometrlik məsafəni qət edib yenidən bu nöqtəyə qayıdacaqlar. Bu yenilik xüsusi hazırlığı olmayan iştirakçılara ehtiyac yarandığı halda başlanğıc nöqtəsinə qayıdaraq qalibləri qarşılamaq imkanı yaradacaq.
Yarışa qatılmaq üçün may ayının 10-dək “Gənclik Mall”, 28 Mall” və ya “Dəniz Mall”da quraşdırılmış xüsusi məntəqələrə müraciət edərək, eləcə də www.marathon.az saytı üzərindən qeydiyyatdan keçmək mümkündür (ətraflı: www.marathon.az).
Qeyd edək ki, “Azercell Telekom” MMC 2017-ci ildən etibarən “Bakı Marafonu”nun baş sponsoru qismində çıxış edir. Bu il də ənənəvi olaraq marafonda “Azercell Telekom” MMC-nin rəhbər heyəti ilə yanaşı, şirkətin əməkdaşları və korporativ abunəçiləri də iştirak edəcək.
Fəaliyyət dövrü ərzində sağlam həyat tərzini təşviq edən Azercell hər kəsi “Bakı Marafonu”na qatılmağa səsləyir və bütün yarışçılara uğurlar arzu edir!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 5 gün sonra
-
- 3 d. əvvəl
-
4 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
32 d. əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Avtomobillərin KASKO sığortasında haqlar 1,9%, ödənişlər 27,7 faiz artıb
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
Kənd təsərrüfatı, nəqliyyat-rabitə, sənaye və istehsal üzrə bank kreditlərində azalma müşahidə olunub
İyunun 26-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
“Toxumçuluq haqqında” qanun dəyişir - Reyestr yaradılacaq
Azərbaycan Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır - 8 sərnişin qatarı və 50 vaqon
Müştərilərin hesab balansları bərpa edildi - ABB-DƏN YENİ AÇIQLAMA




























