Restoran, otel və yeməkxana üçün mətbəx avadanlıqları almaq asanlaşdı – YENİ ONLAYN SATIŞ SAYTI İŞƏ DÜŞDÜ
Azərbaycanda peşəkar mətbəx avadanlıqlarının onlayn satışına başlanılıb.İaşə və ticarət müəssisələrini peşəkar mətbəx avadanlıqları ilə kompleks şəkildə təchiz edən “RS-HORECA” şirkəti yeni saytının təqdimatını keçirib.
Təqdimat mərasimində bildirilib ki, rs-horeca.az domenində fəaliyyət göstərən sayt ən müasir standartlar səviyyəsində hazırlanıb.
Saytdakı mühüm yeniliklərdən biri Azərbaycanda ilk dəfə horeca (Hotel/Restaurant/Catering sözlərinin başlanğıc hecaları) məhsullarının onlayn satışına başlanılmasıdır.
Otel, restoran, bar, keytrinq, market, ev üçün və s. məhsulları onlayn seçərək sifariş etmək mümkündür. Ödəniş həyata keçirildikdən sonra məhsul qeyd olunan ünvana çatdırılır.
www.rs-horeca.az saytında masaüstü xırda məhsullardan tutmuş, ağır mətbəx avadanlıqları, təmizlik və sanitariya üçün nəzərdə tutulan inventar, spesifik bar və şərab sevənlər üçün ləvazimatlara qədər satılır.
Satılan məhsullara zəmanət şərtləri daxilində zəmanət verilir. Saytda zəmanətin şərtləri barədə ətraflı məlumat yerləşdirilib.
"RS-HORECA"nın veb saytından alınan məhsullar alındığı tarixdən etibarən 14 təqvim günü ərzində dəyişdirilə və ya qaytarıla bilər. Saytda qaytarılma və ya dəyişdirilmə şərtləri dəqiq göstərilib.
Müştəri saytda qeydiyyatdan keçərək öz hesabını yarada və sifariş tarixini görə bilər. Yalnız hesab yaradaraq saytın tam funksionallığından istifadə etmək mümkündür.
Saytın “Kataloq” hissəsindən lazım olan məhsulu seçmək və ya məhsulun adını “Axtar” hissəsinə yazaraq tapmaq mümkündür.
Saytda “Brendlər” üzrə də axtarış mövcuddur. “Brendlər” səhifəsində istehsalçıların əlifba sırası ilə adları yerləşdirilib. Hər bir brendin adı üzərinə kliklədikdə həmin marka üzrə satışda olan məhsulların siyahısı açılır.
Saytda alıcıların seçimini asanlaşdıran “Ən çox satılan”, “Ən çox baxılan” və “Yeni məhsullar” bölmələri də mövcuddur.
Tezliklə www.rs-horeca.az saytı vasitəsilə avadanlıqların icarəsi və 2-ci əl avadanlıqların satışı da təşkil ediləcəkdir.
“RS-HORECA”nın servis mərkəzi fəaliyyət göstərir. Mərkəzin peşəkar mütəxəssisləri avadanlığın keyfiyyətli təmirini və profilaktikasını təmin edirlər.
“RS-HORECA” restoran, kafe, bar, yeməkxana, xəstəxanada qida bloku, fabrik, mətbəx yaxud iri qida kombinatı kimi ictimai iaşə müəssisələrə layihələndirmə xidmətləri də göstərir. Layihələndirməni “RS-HORECA” şirkətinin peşəkarlarına etibar edə bilərsiniz.
rs-horeca.az veb saytı vasitəsilə şirkətə müraciət etmək də mümkündür.
“RS-HORECA” yeni onlayn satış saytının istifadəyə verilməsi münasibətilə kampaniya elan edib. Belə ki, hazırda bütün məhsulları 10% endirimlə almaq mümkündür.
Qeyd edək ki, Bakıda Yusif Vəzir Çəmənzəminli küçəsi, 18 ünvanında “RS-HORECA” dükanı da fəaliyyət göstərir.
Əlaqə:
Ünvan: Bakı, Yusif Vəzir Çəmənzəminli 18
Telefon: (+994 12) 565-38-99
Mobil: (+994 50) 285-78-04
Mobil: (+994 50) 228-36-58
Poçt: [email protected]
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 1 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub



















.jpg)


