Bank 2022-nin ilk rübündə xalis mənfəətinin 2 dəfədən çox azaldığını açıqladı
"Bank Melli İran" Bakı filialı 2022-ci ilin 1-ci rübünü (yanvar-mart) 268 min 800 manat xalis mənfəət ilə başa vurub. Filial 2021-ci ilin eyni dövrünü 614 min 424 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2021-ci ilin 1-ci rübü ilə müqayisədə 2022-ci ilin 1-ci rübündə "Bank Melli İran" Bakı filialının xalis mənfəəti 2,3 dəfə azalıb. Xalis mənfəətin azalması əsasən xarici valyuta əməliyyatları üzrə gəlirlərin azalması, aktivlər üzrə ehtiyatların yaradılmasına daha çox vəsaitin ayrılması və haqq və komissiya xərclərinin artması ilə əlaqədardır.
Marja.az filialın maliyyə göstəricilərinə istindən xəbər verir ki, 2022-ci ilin ilk 3 ayında faiz gəlirləri 913 min 64 manat təşkil edib. 2021-ci ilin ilk 3 ayında filialın faiz gəlirləri 784 min 363 manat təşkil etmişdi. Haqq və komissiya gəlirləri 35 min 38 manatdan 29 min 725 manata, xarici valyuta əməliyyatları üzrə gəlirlər 375 min 650 manatdan 39 min 840 manata geriləyib.
CƏMİ GƏLİRLƏRİ AZALIB, XƏRCLƏRİ ARTIB
2022-ci ilin birinci rünbündə "Bank Melli İran" Bakı filialının cəmi gəlirləri 984 min 577 manat, cəmi xərcləri 715 milyon 777 manat və nəticədə xalis mənfəəti 268 min 800 manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin birinci rünbündə "Bank Melli İran" Bakı filialının cəmi gəlirləri 1 milyon 198 min manat, cəmi xərcləri 583 min 880 manat, xalis mənfəəti 614 min 424 manat təşkil etmişdi. Cəmi gəlirlərin azalması xarici valyuta əməliyyatları üzrə gəlirlərin kəskin azalması, cəmi xərclərin artması isə aktivlər üzrə ehtiyatların yaradılmasına daha çox vəsaitin ayrılması və haqq və komissiya xərclərinin artması ilə əlaqədardır.
QİYMƏTLİ KAĞIZLARA İNVESTİSİYALARI AZALIB
31 mart 2022-ci il tarixində "Bank Melli İran" Bakı filialı 89 milyon 492 min manat cəmi aktivlərə, o cümlədən 9 milyon 339 min min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər), 13 milyon 298 min manat qiymətli kağızlara investisiyalara malik olub. 31 mart 2021-ci il tarixində "Bank Melli İran" Bakı filialı 86 milyon 841 min manat cəmi aktivlərə, o cümlədən 9 milyon 845 min manat kredit portfelinə, 17 milyon 940 min qiymətli kağızlara investisiyalara malik idi.
31 mart 2022-ci il tarixində "Bank Melli İran" Bakı filialı 52 milyon 681 manat məcmu kapitala malik olub. Filial 31 Mart 2021-ci il tarixində 55 milyon 871 min manat məcmu kapitala malik idi.
Xatırladaq ki, "Bank Melli İran" Bakı filialı 2021-ci ili 1 milyon 960 min manat xalis zərər ilə başa vurmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
10 saat əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
-
1 gün əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
1 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
1 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
Kriptovalyuta ticarəti kursu
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq





















