Milli Məclis yeni neft sazişini ratifikasiya etdi
Milli Məclis yeni neft sazişini ratifikasiya edib.
Bununla bağlı “Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “GL İnternational LTD” MMC arasında Risk Xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Layihə barədə parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov layihənin yerli investisiyanın cəlb edilməsi, yerli şirkətlərin və kadrların inkişafı, yeni texnologiyaların tətbiqi kimi üstünlüklərinindən bəhs edib.
O, 2021-ci il dekabrın 14-də Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “GL İnternational LTD” MMC arasında bağlanan saziş əsasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və yenidən işlənməsinin parametrləri barədə məlumat verib. Sazişdə nəzərdə tutulan işlər, onların yerinə yetirilməsi qaydaları və müddətləri barədə izahat verib.
Komitə sədri sazişin həyata keçiriləcəyi aralıq dövrü (ilk 24 ay) və hasilat dövründə (aralıq dövründən sonrakı 25 il) həyata keçiriləcək iş proqramlarını, hasilatın artırılması və bölgüsü, kəşfiyyat işlərinin aparılması, Azərbaycan vətəndaşlarının işlə təmin olunması və kadr hazırlığı kimi məsələlərlə bağlı podratçının götürdüyü öhdəlikləri deputatların diqqətinə çatdırıb.
Sənəd səsverməyə çıxarılaraq qəbul olunub.
KREDİTİ ONLAYN əldə et – 10 000 AZN-dək, 0% komissiya
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























