Azərbaycandakı avtomobillərin 77%-nin yaşı 10 ildən yuxarıdır - HƏYACAN TƏBİLİ
Azərbaycanın avtomobil parkında 100 mindən artıq yaşı 40 il və daha yuxarı, 125 mindən artıq yaşı 30-dan yuxarı, 300 mindən artıq yaşı 20-dən yuxarı müxtəlif tip avtomobil var ki, bu da ölkə avtoparkında toplam olaraq 500 mindən çox istismarı təhlükəli və ekologiyaya zərərli avtomobil olduğunu göstərir."Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) hələ 2018-ci ildə ölkədə istismar olunan avtomobil parkının vəziyyətini və hər il külli miqdarda idxal olunan yararsız və təhlükəli nəqliyyat vasitələrinin tərkibini ciddi araşdırmış və həyəcan təbili vurmağa başlamışdır!"
AADA-nın mətbuat mərkəzinin yaydığı məlumata görə, bu sözləri "Ekoloji təmiz avtomobillərin istismarı və təmiz ətraf mühit” mövzusunda keçirilən mətbuat konfransında AADA-nın nümayəndəsi Eyyub Əliyev öz çıxışında söyləyib.
Bu konfrans "Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrinin istifadəsinin stimullaşdırılması və genişləndirilməsi ilə bağlı" Yol xəritəsinin təqdimatı çərçivəsində təşkil olunub. Tədbirdə Dövlət Gömrük Komitəsi, Ekologiya və Təbii sərvətlər nazirliyi, Energetika nazirliyi, biznes nümayəndələri və müstəqil ekspertlər iştirak ediblər. Təqdimatda dövlətin bu sahədə gördüyü işlər, gələcək planlar və özəl sektorun bu işə dəstəyi haqqında geniş məlumat verildib.
AADA-nın Audit Komitəsinin üzvü Eyyub Əliyev təmsil etdiyi İctimai Birliyin son illərdə bu istiqamətdə apardığı tədqiqatlar və aidiyyatlı dövlət qurumlarına göndərdiyi təkliflər barədə məlumat verib. Xatırladaq ki, AADA sıralarında 40-dan çox xarici avtomobil markasının rəsmi idxalçılarını və eləcə də yerli avtomobil istehsalçılarını birləşdirir. Assosiasiyanın analitik mərkəzi son illər avtomobil idxalını və satışlarını nizamlayan qanun və normativ aktlarda baş vermiş dəyişikliklər və bu dəyişikliklərin rəsmi avto-dilerlərin fəaliyyətinə, ümumilikdə avtomobil sektoruna təsirini öyrənmiş, yaranmış durumdan çıxış yollarını aramış, təhlükəsiz yollara, təmiz ətraf mühitə nail olmaq məqsədilə bir sıra təkliflər paketi hazırlamış, AR Nazirlər Kabinetinə və aidiyyatlı Qeyri-Hökümət Təşkilatlarına təqdim etmiş, müvafiq görüşlər və müzakirələr keçirmiş, KİV-lər vasitəsilə cəmiyyətə hesabatlar vermişdir.
Xatırlayaq ki, 2010-cu illərin əvvəlində banklar tərəfindən verilimiş problemli avto-kreditlərin sayının kəskin artması səbəbindən 2014-cü ilin fevral ayında bu tipli kreditləşməyə məhdudiyyətlər tətbiq edilib. İlkin ödəniş həcmi avtomobiin dəyərinin 40-50 faizinə yüksəlib və nəticədə yeni avtomobillərin satışında ciddi azalma baş verib.
Həmən dövrdə dünya qlobal iqtisadiyyatında yaşanan böhran təəssüf ki, bizim üçün də təsirsiz ötüşə bilməzdi. Beləki, 2015-ci ilin yanvar və dekabr aylarında baş verən 2 devalvasiya xaricdən idxal olunan bütün malların, eləcə də avtomobillərin qiymətinin milli valyutada 2 dəfədən artıq qalxması ilə nəticələndi. Yeni avtomobillərin satışına zərbə vuran digər amillər: 2015-ci və 2017-ci illərdə tətbiq olunmuş yeni aksiz vergiləri, 2018-ci ilin yanvar ayında yeni gömrük rüsumu və 2019-cu ilin yanvar ayında daha bir yeni aksiz vergisi oldu. Nəticədə təzə modellərin qiyməti əhalinin əksəriyyəti üçün əlçatmaz səviyyəyə qalxdı. Daha sonra baş vermiş Covid-19 pandemiyası ilə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər rəsmi avtomobil bazarında vəziyyəti son dərəcə çətinləşdirdi.
AADA təmsilçisi E.Əliyev konfransda xatırladıb ki, yuxarıda qeyd olunan səbəblərdən ölkəyə yeni avtomobillərin idxalı və satışı kəskin şəkildə azalmış, köhnə avtomobillərin ümumi idxalda və satışda payı dəfələrlə artmışdır. Ölkə minik avtomobili parkının vəziyyəti artıq çox ciddi narahatçılıq doğurur: təxminən 900 min minik avtomobilinin yaşı (ölkə avtoparkının 77%) 10 ildən yuxarıdır. Ümumilikdə ölkə parkında 100 mindən artıq yaşı 40 il və daha yuxarı, 125 mindən artıq yaşı 30-dan yuxarı, 300 mindən artıq yaşı 20-dən yuxarı müxtəlif tip avtomobil var ki, bu da ölkə avtoparkında toplam olaraq 500 mindən çox istismarı təhlükəli və ekologiyaya zərərli avtomobil olduğunu göstərir.
Ölkədə təmiz ətraf mühit yaratmaq və gələcək nəsillərin sağlamlığı naminə ölkənin avtomobil parkının yenilənməsi zərurəti göz qarşısındadır və əlbəttə aidiyyatlı dövlət qurumları, eləcə də avto-biznes subyektləri çalışmalıdır ki, avtompbil parkı ekoloji təmiz nəqliyyat vasitələri ilə yenilənsin. AADA-ya daxil olan rəsmi idxalçılar bu məsələdə çiyinlərinə düşən məsuliyyəti anlayırlar və istehlakçılara ən son texnologiyarla təhciz olunumuş təhlükəsiz və ekoloji avtomobillər təklif etməkdə israrlıdırlar. Hazırda AADA ekoloji nəqliyyat vasitələrinin əhali arasında təşviq etmək məqsədilə bir sıra tədbirlər də hayata keçirməyə hazırlaşır və tezliklə bu barədə KİV-lərdə məlumat veriləcək.
Mətbuat konfransında çıxış edən Dövlət Gömrük Komitəsinin gömrük ödənişləri idarəsinin rəisi Tariyel Alverdiyev bildirdi ki, hazırda güzəşt tətbiq edilmiş ekoloji təmiz avtomobillərin əhatə dairəsini genişləndirilməsi müzakirə edilir.
Energetika Nazirliyinin iqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov isə söyləyib ki, Azərbaycanda 33 elektromobil enerji doldurma məntəqəsi var: "Bu məntəqələrin 22-si Bakıda, 11-i isə regionlarda yerləşir".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi Rasim Səttarzadə jurnalistlərin suallarına cavab olaraq hökumətin sosial məsələləri nəzərə alaraq dizel mühərrikli avtomobillərin idxalına qadağa qoymadığnı deyib: "Amma ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün bu avtomobillərin idxalı məhdudlaşdırılmalıdı".
Tədbirdə çıxış edən ekspert, Yol Xəritəsini hazırlamış İşçi Qrupun üzvü Eldəniz Cəfərov qeyd etdi ki, 2030-cu il üçün müəyyən edilmiş milli prioritetlərin realllaşması üçün ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin artırılması son dərəcə əhəmiyyətlidir. "Ölkədə ekoloji təmiz avtomobillərin istismarı üçün münasib şəraitin yaradılması bu sahədə artıma səbəb olmuşdir. Hesab edirik ki, bu prosesə özəl sektor da öz töhfəsini verəcək", - deyə o, qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 9 saat sonra
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 4 saat əvvəl
-
4 saat əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
4 saat əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
5 saat əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
-
5 saat əvvəl
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
-
5 saat əvvəl
PAŞA Bank “Nargis” Fondunun Qurban bayramı xeyriyyə aksiyasını dəstəkləyib
-
5 saat əvvəl
Bank of Baku-dan şəhid və qazi övladları üçün “RoboKəşf” təşəbbüsü – təlim və ekskursiya
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kristal"ın bütün satış ofisləri bayram günlərində də açıq olacaq!
İnvestorlara milyonlarla manat borcu olan “FINCA Azerbaijan”ın bir sıra maliyyə göstəriciləri pisləşib
Bayram günlərində bankların və “Azərpoçt”un bəzi filial və şöbələri fəaliyyət göstərəcək -SİYAHI
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ






.jpg)
.jpg)












.jpg)

