“Avtovaz” iyunun 6-dan dördgünlük iş rejiminə keçəcək
Bu rejim üç ay davam edəcəkEelektron komponentlərin tədarükünün davam edən əhəmiyyətli çatışmazlığı ilə əlaqədar olaraq, Rusiyanın "Avtovaz" ASC 6 iyun 2022-ci il tarixindən Togliatti və İjevskdəki istehsal sahələrində üç ay müddətinə dörd günlük iş həftəsi tətbiq edəcəkdir.
Marja xəbər verir ki, bu barədə şirkətdən bildirilib.
Qeyd edilib ki, yeni iş rejimi bütün işçilərə şamil edilir. Şirkət həmçinin vurğulayıb ki, bu müddət ərzində işçilərin gəlir səviyyəsini saxlamaq üçün AvtoVAZ rəhbərliyi və Samara vilayətinin qubernatoru müvəqqəti və ictimai işlərin təşkili üçün vəsait ayrılması xahişi ilə Rusiya hökumətinə müraciət edib.
“Avtovaz”ın 40,8 min işçisi var.
Xəbər verdiyimiz kimi, Fransanın avtomobil istehsalçısı Renault Moskvadakı zavodunun işini dayandırıb və Avtovaz-dakı payının satışı ilə bağlı variantları araşdırır. Qeyd olunub ki, Renault Rusiyaya qarşı Avropa sanksiyaları çərçivəsində bütün tələblərə əməl edir, bu, xüsusilə onun istehsalı üçün yüksək texnologiyalı avadanlıq və komponentlərin tədarükünə qadağa qoyulmasını nəzərdə tutur. Daha sonra Avtovaz bildirib ki, yaxın aylarda bəzi Lada modellərinin xarici komponentlərdən daha az təsirlənəcək xüsusi versiyalarını buraxacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)














.jpg)


