İxracatçılar heç bir rüsum ödəmədən faydalana bilərlər
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində fəaliyyət göstərən “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə Azərbaycanda fəaliyyət göstərən ixracatçıların tanışlığına start verilib.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində görüşlərin keçirilməsində məqsəd, “Bir Pəncərə”nin xidmətləri barədə ixracatçıları məlumatlandırmaq, həmçinin ixrac prosedurlarının sadələşdirilməsi sahəsində aparılan islahatlarla sahibkarları tanış etməkdən ibarətdir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin PR meneceri Zənurə Talıbova bildirib ki, ixracatçılar daha az resurs sərf etməklə ixrac prosedurlarını daha tez və asan həll edəcəklər. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində tələb olunan bütün sertifikatlar – baytarlıq və fitosanitar, keyfiyyət, mənşə, vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün sertifikatların verilməsi təmin edilir. Mədəni sərvətin mühafizəsi şəhadətnaməsi və dini ədədbiyyatın ixracına razılığı da buradan almaq olar.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində sahibkarlara xidmət göstərən beş dövlət qurumunun nümayəndələri ixracata tələb olunan sənədləşmə işləri ilə bağlı müvafiq prezentasiyalar təqdim ediblər. Eyni zamanda ixrac rəsmiləşdirilməsi üçün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin on-line xidmətləri də sahibkarlara nümayiş olunub.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi Bakı şəhəri Landau küçəsi 16 ünvanda – İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 1-ci mərtəbəsində yerləşir. İxrac fəaliyyəti ilə məşğul olan həm hüquqi, həm də fiziki şəxslər “Bir Pəncərə”nin xidmətlərindən heç bir rüsum ödəmədən faydalana bilərlər.
Qeyd edək ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 22 fevral 2017-ci il tarixli Fərmanı əsasında yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
-
-
1 gün əvvəl
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
-
1 gün əvvəl
ABŞ bankından bazarlar üçün böhran xəbərdarlığı: Vəziyyət getdikcə 2008-i xatırladır
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edir
-
1 gün əvvəl
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp Putinin İrana "azacıq" kömək göstərdiyini etiraf edib
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşdi - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
Ən çox oxunanlar
Palma yağı qiymətlərində artım davam edir
UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində!
“Kristal”ın “Park Yasamal” layihəsində dövlət ipotekasına yararlı mənzillərin satışı başladı!
PAŞA Sığorta ilə Ramazan və Novruz bayramlarının sevincini səyahətdə doya-doya yaşayın!
Qarabağda torpaqların icarəyə verilməsi üzrə 2-ci investisiya müsabiqəsinin qalibləri müəyyənləşib
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin”



















