Barama subsidiyası və yaş baramanın fermerlərdən alış qiyməti artırılıb
Azərbaycan Prezidentinin imzaladığı Fərmana əsasən, bu ildən tədarük məntəqələrinə təhvil verilən yaş baramanın hər kiloqramına görə subsidiyanın məbləği 1 manat artırılaraq 6 manata çatdırılıb. Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında “Azəripək” MMC təhvil alınan baramanın qiymətini 4 manatdan 5 manata qaldırıb. Bununla da cari mövsümdə kümçülər tədarük etdikləri yaş baramanın hər kiloqramına görə 9 deyil, 11 manat vəsait alacaqlar.
Qax rayonunda “Barama-2022: Qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, müşavirədə Nazirlik Aparatının nümayəndələri, müxtəlif rayonların icra hakimiyyəti strukturlarının məsul şəxsləri, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin nümayəndələri, nazirliyin tabeli qurumlarının və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri, Elmi-Tədqiqat İnstitutlarının nümayəndələri, barama istehsalı ilə məşğul olan 50-yaxın kümçü iştirak edib.
Müşavirəni giriş sözü ilə açan Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev bildirib ki, Vətən müharibəsində tarixi qələbə qazanan Azərbaycanda qısa müddətdə iqtisadiyyatın daha da inkişafı məqsədilə böyük investisiya layihələri hazırlanıb və uğurla həyata keçirilməkdədir. Ölkə iqtisadiyyatının əsas sahələrindən olan aqrar sektorun inkişafına dövlət dəstəyi və bununla bağlı ardıcıl tədbirlərin icrası nəticəsində kənd təsərrüfatının müxtəlif sahələrində məhsul istehsalı artmaqdadır: “Dövlətin diqqət və qayğısının nəticəsində bu sahədə məhsuldarlığın yüksəlməsi ölkə iqtisadiyyatına töhfə verməklə yanaşı, təsərrüfatların gəlirlərinin çoxalmasına, fermerlərin maddi rifah halının yaxşılaşmasına gətirib çıxarıb”.
Kənd təsərrüfatı naziri İnam Kərimov müşavirədə çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib: “Azərbaycanda baramaçılığın və ipəkçiliyin zəngin tarixi ənənələri və böyük potensialı var. Bu sahənin inkişaf etdirilməsi qarşımızda duran əsas vəzifələrdən biridir. Əsas məqsədimiz bu ənənəni bərpa etmək və bu sahədə məhsuldarlığı daha da artırmaqdır. Ölkəmizdə barama istehsalı ilə məşğul olan kümçülərə çoxşaxəli dövlət dəstəyi tədbirləri həyata keçirilir. Cənab Prezidentin imzaladığı Fərmana əsasən, bu ildən tədarük məntəqələrinə təhvil verilən yaş baramanın hər kiloqramına görə subsidiyanın məbləği 1 manat artırılaraq 6 manata çatdırılıb. Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında “Azəripək” MMC təhvil alınan baramanın qiymətini 4 manatdan 5 manata qaldırıb. Bununla da cari mövsümdə kümçülər tədarük etdikləri yaş baramanın hər kiloqramına görə 9 deyil, 11 manat vəsait alacaqlar”.
Nazir bu il barama mövsümünə hazırlıq və qarşıda duran vəzifələr, baramaçılığın inkişafı, hədəflər və perspektivlər, eləcə də kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər, qarşıda duran vəzifələr barədə fermerləri məlumatlandırıb.
Daha sonra müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının, aidiyyatı strukturların rəhbərləri, Barama Şurasının üzvləri, müxtəlif rayonlardan olan kümçülər ölkədə baramaçılığın inkişafı ilə bağlı fikirlərini bölüşüblər. Müşavirədə tut tingləri ilə təminat, hibrid ipəkqurdu toxumçuluğunun inkişaf istiqamətləri, inkubasiyanın təşkili, modul kümxanaların yaradılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb, kümçüləri maraqlandırılan suallar cavablandırılıb, irəli sürülən təkliflər qeydə alınıb.
Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermerlərin məlumatlandırılacağı bildirilib.
Müşavirədə ötən mövsüm baramaçılıqda yüksək məhsuldarlıq əldə edən kümçülərə Fəxri Fərman və Dövlət Aqrar İnkişaf Mərkəzlərinə təşəkkürnamələr təqdim edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 3 gün sonra
-
- 3 gün sonra
-
7 saat əvvəl
Nazir Rəşad Nəbiyev “Xsolla” şirkətinin prezidenti ilə görüşüb
-
7 saat əvvəl
Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı
- 7 saat əvvəl
-
7 saat əvvəl
“SOCAR Trading” vasitəsilə ABŞ-yə LNG ticarəti nəzərdən keçirilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar
- 8 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı


“Azərsun Holdinq” “YAŞAT” Fondunun layihəsinə dəstək verib

Azərbaycanda daha çox ət, süd, yumurta və yağlar bahalaşıb

Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olundu

Tramp Avropa İttifaqını Hindistan və Çinə qarşı 100%-lik rüsumlar tətbiq etməyə çağırıb

Maliyyə savadlılığı hər yaşda önəmlidir – Bank of Baku-dan təlim

"Muzdlu işçilərin sayı az olduqca, vergilərin, sosial sığortanın yığılmasında problemlərimiz olacaq"
