Qeyri-neft sektoru üzrə vergi daxilolmalarında ən yüksək artım tempi olan sahələr açıqlanıb
"Ötən il Azərbaycanda qeyri-neft sektoru üzrə vergi daxilolmaları 6,4 mlrd. manat təşkil edib. Proqnozdan artıq yığılan vəsait 689 mln. manat olub, əvvəlki illə müqayisədə isə büdcəyə 754 mln. manat daha çox daxil olub. 2021-ci ildə özəl sektordan daxilolmalar 24%, özəl qeyri-neft sektorundan daxilolmalar isə 20,3% artıb".
Bunu "İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru" mövzusunda sahibkarların iştirakı ilə video-formatda keçirilən Forumda çıxış edən Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli deyib.
Onun sözlərinə görə, qeyri-neft ÜDM-nin artım templəri ilə müqayisədə qeyri-neft sektorundan vergi daxilolmalarının daha yüksək artım dinamikası sektorda əhəmiyyətli şəffaflaşmanın göstəricisidir.
"Eyni zamanda, vergidən yayınma hallarının azalması vergi inzibatçılığının keyfiyyətinin artmasına dəlalət edir. Toplanan vergilərin 74,6%-i qeyri-neft sektorunun payına düşüb. Qeyri-neft sektorundan daxilolmaların tədiyə növləri üzrə təhlili onu göstərir ki, 2021-ci ildə ƏDV üzrə daxilolmalar 17%, aksizlər üzrə 25%, mənfəət vergisi üzrə 16,3%, mədən vergisi üzrə isə 1,8 dəfə artıb. Sektorun sahələri üzrə vergi daxilolmalarında ən yüksək artım templəri ictimai iaşə – 84%, qeyri-neft sənayesi – 29%, ticarət, o cümlədən pərakəndə ticarət – 57%, həmçinin xidmət sektorunda – 19,7% – müşahidə olunub", - deyə O. Nəzərli qeyd edib.
KREDİTİ ONLAYN əldə et – 40 000 AZN-dək, 13,99%-dən, 0% komissiya
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















