Bank Ombudsmanı iddia məbləği 10 min dollardan aşağı olan şikayətlərə baxmayacaq
Bank Ombudsmanı tərəfindən baxıla biləcək şikayətlər 2 000 ABŞ dollarından 10 000 ABŞ dollarına qaldırılmlb.23 fevral 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi yığıncağı keçirilib.
Marja xəbər verir ki. ümumi yığıncaqda “Bank Ombudsmanın Əsasnaməsi”nə müvafiq dəyişiklik edilmişdir. Həmin dəyişikliyə əsasən, Bank Ombudsmanı artıq 10000 (on min) ABŞ dollarına qədər şikayətlərə baxa biləcəkdir. Buna qədər isə həmin məbləğ 2000 (iki min) ABŞ dolları idi.
Qeyd edilib ki, Bank Ombudsmanın yaradılması haqında qərar Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağının 3 fevral 2017-ci il tarixli iclasında qəbul edilib. Bank Ombudsmanının məqsədi banklar və fiziki şəxslər arasında müqavilələrin bağlanması, dəyişdirilməsi, icrası və ya xitam verilməsi ilə bağlı yaranan hüquqi və mülki mübahisələrin məhkəməyə müraciət etmədən aradan qaldırılmasıdır.
Bank Ombudsmanı iddia məbləği maksimum 10000 ABŞ dollarının müraciətin daxil olduğu gün Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manat və digər valyuta ekvivalentinə barəbər olan, mübahisə motivi məhkəmə prosesində və mübahisəni mahiyyəti üzrə həll edən qüvvəyə minmiş məhkəmə aktı olmayan, bankların müştəriləri - fiziki şəxslərlə əlaqədar mübahisələrin baxılmaq üçün Bank Ombudsmanına verilməsi haqqında yazılı Bəyannaməni imzalayan maliyyə qurumlarından olan bütün növ (kredit, pul köçürmələri, depozitlər, kredit kartları və s.) şikayətlərə baxır. Hazırda Bank Ombudsmanı 22 bank və 1 bank olmayan kredit təşkilatı üzrə daxil olan mübahisələrə baxır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
12 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 7 saat sonra
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 15 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























