Rusiya, Ukraynanın hərbi infrastrukturuna və aviasiyasına zərbələr endirdiyini açıqladı
Rusiya Müdafiə Nazirliyi bildirir ki, hərbçilər hərbi infrastruktura, aviasiyaya, hava hücumundan müdafiə obyektlərinə və aerodromlara zərbələr endirirlər.Rusiya ordusu Ukraynadakı hərbi infrastruktura, aviasiyaya, hava hücumundan müdafiə obyektlərinə, hərbi aerodromlara zərbələr endirib. Marja xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
"Mülki əhali üçün heç bir təhlükə yoxdur", - Müdafiə Nazirliyi bildirib.
Daha sonra Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynanın hərbi infrastrukturuna hücum etdiyini təsdiqləyib, Ukraynada hərbi vəziyyətin tətbiq olunduğunu bəyan edib.
Ukrayna prezidenti Zelenski Ukraynada hərbi vəziyyət elan edib
Ukrayna prezidenti Vladimir Zelenski videomüraciətində Rusiyanın Donbassda xüsusi hərbi əməliyyatına başlamasından sonra hərbi vəziyyət tətbiq etdiyini bildirib.
“Biz bütün ölkədə hərbi vəziyyət tətbiq edirik” deyib. Dövlət başçısı qeyd edib ki, Rusiya Ukraynanın hərbi infrastrukturuna və sərhəd mühafizəsinə aviazərbələr endirib.
Zelenski əlavə edib ki, o, ABŞ prezidenti Co Baydenlə vəziyyəti müzakirə edib, Vaşinqton “beynəlxalq dəstək toplamağa başlayır”.
Prezident Ukrayna vətəndaşlarını sakit olmağa və mümkünsə evdə qalmağa çağırıb: “Ukraynanın bütün təhlükəsizlik və müdafiə sektoru işləyir. Çaxnaşma olmadan hər şeyə hazırıq və məğlub edəcəyik".
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Donbassda “səkkiz il ərzində Kiyev rejimi tərəfindən təzyiqlərə və soyqırıma məruz qalan insanların müdafiəsi” məqsədi ilə xüsusi hərbi əməliyyat elan edib. O, Ukrayna hərbçilərini silahlarını yerə qoymağa və “evə getməyə” çağırıb, bu halda onlar müharibə zonasını maneəsiz tərk edib ailələrinin yanına qayıda biləcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
12 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 8 saat sonra
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 15 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























