“Finoko” dollarda illik gəlirliliyi 14% olan istiqraz buraxır
Maliyyə Bazarlarına Nəzarət Palatası “Finoko” ASC – bank olmayan kredit təşkilatının (BOKT) istiqraz emissiyasını qeydə alıb.
Emissiya hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 610 ədəd istiqrazın dövriyyəyə buraxılmasını nəzərdə tutur.
Kredit təşkilatından verilən məlumata görə, qiymətli kağızlar 3 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 14% təşkil edir. Faizlər rübdə bir dəfə ödəniləcək. Emissiyanın anderrayteri “PAŞA Kapital” investisiya şirkətidir.
Xatırladaq ki, "Finoko" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 mln. manatdır. BOKT-un səhmlərinin 50%-i Elçin Rəşid oğlu Əliyevə (Müşahidə Şurasının sədri), 50%-i isə Elmar Rəşid oğlu Əliyevə (Müşahidə Şurasının üzvü) məxsusdur.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
14 saat əvvəl
İlin sonuna qədər Astara terminalının inşasında əsas işlər yekunlaşacaq
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş olub
-
1 gün əvvəl
"Effektinvest" MMC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil edilib
-
1 gün əvvəl
AccessBank Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib
- 1 gün əvvəl