"Təmiz Şəhər"in yığılmış zərəri 241 milyon manatı keçib
İqtisadiyyat Nazirliyinə məxsus "Təmiz Şəhər" ASC 2020-ci ili 20,065 milyon manat zərərlə başa vurub.
Şirkətin maliyyə hesabatına görə, bu, 2019-cu illə müqayisədə 26,5% azdır.
Bununla belə, səhmdar cəmiyyətinin yığılmış zərəri 9,1% artaraq 241,33 milyon manata çatıb.
2020-ci ildə "Təmiz Şəhər"in əməliyyat gəlirləri 4,86 milyon manat (2019-cu ilə nisbətən 8,6% çox), əməliyyat xərcləri 18,621 milyon manat (3,5% çox), əmlak, tikili və avadanlıqların dəyərsizləşməsi üzrə zərəri 3,505 milyon manat (4,9 dəfə az), maliyyə aktivləri, debitor borcları və digər alınacaq vəsaitlər üzrə ehtimal olunan kredit zərərlərinin bərpası üzrə zərəri 2,842 milyon manat (əvvəlki il gəlir olub), ödənilmiş avanslar üzrə dəyərsizləşmə zərəri 8 min manat (3,1 dəfə az), məzənnə fərqindən gəliri isə 51 min manat (əvvəlki il olmayıb) təşkil edib.
Şirkət aktivləri, öhdəlikləri və balans kapitalı barədə məlumatları açıqlamayıb.
Xatırladaq ki, "Təmiz Şəhər" 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 9,15 milyon manatdır. Şirkət Bakıdakı bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulması və idarə edilməsi ilə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasını həyata keçirir.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
© Renkinq
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 3 d. əvvəl
-
55 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Ən çox oxunanlar
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























