Neft, Putinin fərmanından sonra daha da bahalaşdı
Brent markalı neftin qiyməti 2014-cü ilin sentyabrından bəri ilk dəfə bir barel üçün 97 dolları ötüb.Londonun ICE birjasında Brent markalı neftin 2022-ci ilin aprel ayında çatdırılması üçün fyuçers müqaviləsinin qiyməti təxminən 4% artaraq bir barel üçün 97,62 dolları görüb.
Marja xəbər verir ki, Brent nefti sonuncu dəfə 2014-cü ilin sentyabrında bir barel üçün 97 dolları keçib.
Bakı vaxtı ilə saat 07:42-yə olan məlumata görə, Brent markalı neft 3,5% bahalaşma ilə 96,81 dollar/bareldən ticarət olunub.
WTI markalı xam neftin 2022-ci ilin aprel ayında çatdırılması üçün fyuçers müqaviləsinin dəyəri 3,41% artaraq bir barel üçün 93,60 dolları test edib.
Neft təkliflə dair narahatlıqlar ilə əlaqədar olaraq bahalaşıb.
Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində rusiyayönlü separatçıların qondarma hakimiyyətinin tanınması haqqında fərman imzalayıb.
Putin, Dövlət Dumasının Donbasda separatçıların qondarma hakimiyyətinin tanınması ilə bağlı çağırışına cavab vermək üçün təhlükəsizlik şurasının iclasından qısa müddət sonra televiziya ilə ictimaiyyətə müraciət edib. Putin çıxışında, Kiyev administrasiyasının Donbasda hərbi qərardan başqa heç bir qərarı tanımadığını qeyd edərək, “Bu kontekstdə “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın "müstəqilliyini" tanımaq üçün çox gec də olsa bir qərar qəbul etməyi zəruri hesab edirəm" , - deyib.
Putin çıxışından sonra Kreml sarayında qondarma "Donetsk Xalq Respublikasının" və qondarma "Luqansk Xalq Respublikasının" müstəqilliyinin tanınması haqqında fərmanı imzalayıb. İmzalanma mərasimində adıçəkilən "respublikaların" nümayəndələri də iştirak ediblər.
Mərasimdə Rusiya ilə qondarma separatçıların hökumətləri arasında “dostluq” və “əməkdaşlıq” müqavilələri imzalanıb.
Fevralın 15-də Rusiya parlamentinin aşağı palatası Dövlət Duması Rusiya prezidenti Vladimir Putini Ukraynanın şərqində rusiyayönlü separatçılar tərəfindən yaradılmış qondarma administrasiyaları tanımağa çağıran qətnamə qəbul edib və qərarı Kremlə göndərib.
2014-cü ildə Ukraynanın şərqində Kiyev administrasiyasına baxmayaraq, rusiyayönlü separatçılar Ukrayna ərazisində "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası" adlı iki qondarma hökumət yaradıblar.
Putin rus qoşunlarının Donetsk və Luqanska göndərilməsi barədə göstəriş verib
Rusiya prezidenti Vladimir Putin rus qoşunlarının "Donetsk və Luqansk Xalq Respublikaları" ərazisinə göndərilməsi barədə göstəriş verib.
Bu barədə Putinin çərşənbə axşamı imzaladığı “Donetsk Xalq Respublikası” (DXR) və “Luqansk Xalq Respublikası”nın (LXR) "müstəqilliyininin" tanınması haqqında fərmanlarda deyilir. Sənədlərin mətnləri hüquqi informasiya saytında yerləşdirilib.
Sənədlərə əsasən, Müdafiə Nazirliyinə Rusiya Federasiyası silahlı qüvvələrinin köməyi ilə Donetsk və Luqanskda “sülhməramlı funksiyaların həyata keçirilməsini təmin etmək” tapşırılıb.
"Qərar "DXR" və "LXR" rəhbərləri Denis Puşilin və Leonid Paseçnikin müraciətləri ilə əlaqədar qəbul edilib", - fərmanlarda deyilir.
Xarici İşlər Nazirliyinə respublikalarla diplomatik əlaqələr qurmaq tapşırılıb.
Rusiyanın "DXR" və "LXR" ilə müqavilələri bir-birinin ərazisində hərbi infrastrukturdan və hərbi bazalardan istifadə etmək hüququ verir, Donbass sərhədlərinin birgə mühafizəsini nəzərdə tutur.
Həmçinin Putin "DXR" və "LXR" ilə dostluq və qarşılıqlı yardım haqqında müqavilələr imzalayıb və Federal Məclisdən onları dərhal ratifikasiya etməyi xahiş edib.
"Çərşənbə axşamı saat 9:00-da Dövlət Dumasının MDB və beynəlxalq məsələlər üzrə komitələrinin birgə iclası keçiriləcək, saat 12:00-da isə sənədlər ratifikasiyaya təqdim olunacaq", - Duma komitəsinin rəhbəri Leonid Slutski bildirib.
Zelenski: Qəbul edilmiş qərarların nəticələrinə görə bütün məsuliyyət Rusiyanın üzərinə düşür
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın qondarma separatçı respublikaları tanımaq qərarı ilə bağlı sosial mediadan xalqa müraciət edib.
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın qondarma separatçı hökumətləri tanımaq barədə qərarı ilə bağlı "Qəbul edilən qərarların nəticələrinə görə bütün məsuliyyət Rusiyanın üzərinə düşür" deyib.
Zelenski, Rusiyanın son hərəkətlərinin Ukraynanın suverenliyi və ərazi bütövlüyünün pozulması olduğunu qeyd edib.
Separatçıların tanınmasının Minsk razılaşmalarından birtərəfli qaydada çıxmaq və Normandiya formatında qəbul edilən qərarlara məhəl qoymamaq olduğunu qeyd edən Zelenski bu qərarın sülh səylərinə zərbə vurduğunu bildirib.
Bu gün və sabah veriləcək mümkün qərarlarla Rusiyanın 2014-cü ildən bəri Donbasdakı hərbi varlığını qanuniləşdirəcəyini qeyd edən Zelenski, Normandiya dördlüyü sammiti üçün təcili çağırış etdiklərini bildirib.
Zelenski tərəfdaşlarından aydın və təsirli addımlar gözlədiklərini qeyd edib.
Sərhədlərinin yaxşı qorunduğunu xatırladan Zelenski onların öz ərazilərində olduqlarını və heç nədən qorxmadıqlarını bildirib.
Zelenski qeyd edib ki, onun ölkəsi siyasi-diplomatik həllə sadiqdir.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
12 saat sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
4 saat əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
-
- 7 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
1 gün əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO























