Gürcüstan və Azərbaycanın birgə universiteti yaradıla bilər
“Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərdə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllim çatışmazlığının həlli üçün iki ölkənin universitetlərinin birgə kadr hazırlığı nəzərdən keçirilir”.
Bunu təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, məsələ Gürcüstana səfəri çərçivəsində keçirilmiş görüşlərdə diqqətdə saxlanılıb:
“Mən Gürcüstanda olduğum müddət ərzində Gürcüstandakı azərbaycandilli məktəblərin nümayəndələri ilə görüşdə bu məsələ qaldırıldı və bu gün həmkarım, Gürcüstanın təhsil naziri ilə də bu məsələni müzakirə etdik. Bir neçə həll yolunun mümkünlüyünü müzakirə etdik. Bu həm Azərbaycan universitetləri ilə Gürcüstandakı universitetlər arasında əməkdaşlıq, həm Azərbaycanda olan müxtəlif ali təhsil müəssisələrinin iştirakı ilə kadr hazırlığına bir qədər də təkan verilməsi, o cümlədən də gələcəkdə ikili diplom proqramlarının həyata keçirilməsi ilə mümkün ola bilər. İnanıram ki, bu görüşdən sonrakı işçi görüşlər çərçivəsində biz daha konkret həll yolları ilə bağlı ictimaiyyətə məlumat verə biləcəyik”.
Nazir əlavə edib ki, problemin uzunmüddətli həll yollarından biri kimi birgə universitetin yaradılması imkanları müzakirə edilib:
“Lakin bu həll yollarının tətbiqindən öncə texniki detalların ətraflı müzakirəsinə ehtiyac var” – nazir vurğulayıb.
Azərbaycan və Gürcüstan təhsil haqqında saziş imzalayıb
Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Gürcüstanın Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
Sənədi Azərbaycanın təhsil naziri Emin Əmrullayev və Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli imzalayıb.
Mixeil Çxenkeli bildirib ki, bu sənəd iki ölkə arasında təhsil və elmin bütün sahələrində əməkdaşlığı gücləndirəcək. O, sənədin eyni zamanda vacib siyasi önəmi olduğunu vurğulayıb.
15%-DƏN BAŞLAYAN KREDİTİ ONLAYN ƏLDƏ ET
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
4 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 5 saat əvvəl
-
5 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
6 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl