Qazaxıstanda qazın qiymətləri 2024-cü ilə qədər dəyişməz qalacaq
Qazaxıstanda xammal və kommersiya qazının qiymətləri 2024-cü il yanvarın 1-dək dəyişməz qalacaq.
Marja xəbər verir ki, bu barədə çərşənbə axşamı Qazaxıstanın baş naziri Əlixan Smailov hökumətin geniş iclasında bildirib.
“Daxili bazar əlavə olaraq 150 min ton mayeləşdirilmiş neft qazı ilə təmin olunacaq. Xam və əmtəəlik qazın qiymətləri 2024-cü il yanvarın 1-dək ötən ilin dekabr ayı səviyyəsində sabitlənəcək”, - Smailov bildirib.
Onun sözlərinə görə, hökumət inflyasiyaya nəzarət və onun azaldılması, tarif siyasətinin təkmilləşdirilməsi, maliyyə intizamının və şəffaflığın təmin edilməsi üzrə kompleks tədbirlərin həyata keçirilməsinə diqqət yetirəcək.
"Daxili bazarı doyurmaq və qıtlığınqarşısını almaq üçün sosial əhəmiyyətli ərzaq məhsullarının istehsalı artırılacaq", - Baş nazir vurğulayıb.
Yanvarın 2-də Qazaxıstanın bir sıra şəhərlərində maye qazın bahalaşmasına qarşı etiraz aksiyaları keçirilib və bu, bir neçə gün sonra iğtişaşlara çevrilib. İştirakçılar polisə və hərbçilərə hücum ediblər. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev iğtişaşları dövlət çevrilişinə cəhd kimi elan edib. Sonra vəziyyət sabitləşib və yanvarın 19-da bütün ölkədə fövqəladə vəziyyət ləğv edilib. Məlumata görə, bu hadisələr nəticəsində 225 nəfər ölüb, 4,5 mindən çox insan yaralanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 20 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 3 saat əvvəl
-
16 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
18 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























