Gələn il Azərbaycanda dəmir konsentratının istehsalı zavodu işə düşəcək
“Daşkəsən” dəmir filizi yatağı üzrə 2023-cü ildə dəmir konsentratının istehsalı zavodunun, 2025-ci ildə isə pələt və birbaşa reduksiya dəmirin (DRI) istehsalı zavodunun istismara verilməsi hədəflənir.
Marja xəbər verir ki, bunu “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin 2021-ci ilin yekunları və qarşıda duran vəzifələrinə həsr olunmuş Mətbuat konfransında QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.
İbrahimov, “AzerGold”un qara metal filizi yataqları üzrə görülmüş işlər və qarşıda duran vəzifələrə dair məlumat verərkən bildirib ki, Prezident İlham Əliyevin “AzerGold”a göstərdiyi böyük etimadın nəticəsi olaraq Cəmiyyətin fəaliyyət istiqamətlərinə ölkə ərazisində qara metal filizi yataqlarının tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, bu sahənin inkişafına dair digər vəzifələr əlavə edilib. Bununla da irəli gələn müvafiq tapşırıqların icrası, ölkə ərazisində dəmir filizi yataqları üzrə fəaliyyətin təşkili məqsədilə “AzerGold” QSC tərəfindən ilk törəmə hüquqi şəxs qismində “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır.
Şirkət “AzerGold”un korporativ standartları əsasında təşkil edilib, Məhdud Məsuliyyətli Cəmiyyətin Ümumi Yığıncağı və Müşahidə Şurasının Əsasnamələri təsdiq edilib, uzunmüddətli korporativ strategiyası hazırlanıb, “Daşkəsən Filizsaflaşdırma” ASC-nin Ləğvetmə Komissiyası ilə aktivlərin alqı-satqı işləri nəticəsində 18,6 milyon manat dəyərində əmlak DDF MMC tərəfindən balansa götürülüb. Şirkətin mərkəzi ofisi yaradılıb, Daşkəsən Dəmir Filizi Sahəsinin inzibati ərazisində abadlıq işləri aparılıb.
“Məlum olduğu kimi, Daşkəsən dəmir filizi sahəsində 6 yataq mövcuddur. Bu yataqların sovet dövrundə filiz ehtiyatı 290 milyon ton həcmində qiymətləndirilmişdir. –1954-2017-ci illər ərzində 92 mln. ton filiz (34,4% dəmir) hasil edilib və nəticədə 42 mln. ton 58.3% dəmir tərkibli konsentrat istehsal olunub.
Sözügedən yataqlardan ikisi –“Şimal-qərb” və “Cənub-şərq” yataqlarından dəmir filizlərinin açıq üsulla, digərlərindən isə şaxta üsulu ilə çıxarılması mümkün olduğu, şaxta üsulu ilə istismarın daha mürəkkəb və uzun sürən proses olduğunu nəzərə alaraq daha tez nəticələrin əldə edilməsi məqsədilə birinci mərhələ olaraq “Şimal-qərb” və “Cənub-şərq” yataqlarında ilkin tədqiqat işlərinə başlamışıq.
Cari ildə bu iki yataq üzrə İlkin Qiymətləndirmə sənədinin hazırlanması işləri çərçivəsində 15 min metrə yaxın geoloji, 1000 metrdən çox həcmdə geotexniki buruqqazma işləri icra edilib, layihənin iqtisadi modeli hazırlanıb. Beynəlxalq standartlara uyğun olaraq “Şimal-qərb” yatağında dəmir filizinin miqdarı 74,3 milyon ton, “Cənub-şərq” yatağında isə 113 milyon tondan artıq olmaqla olmaqla, ümumilikdə 187,3 milyon ton olaraq təsdiqlənib. Hal-hazırda karxana istismar planları hazırlanmaqdadır.
Qısa müddət ərzində dəmir filiz yataqların hasilata verilməsi və metal qırıntıları əvəzləyən, həmçinin daha keyfiyyətli metallurji məhsulların istehsalı üçün xammala tələbatın ödənilməsi məqsədi ilə fəaliyyətin 2 mərhələ üzrə təşkil edilməsi planlaşdırılır. Birinci mərhələdə yüksək dəmir tərkibli filiz konsentratının, ikinci mərhələ üzrə isə birbaşa reduksiya edilmiş dəmirin (və ya isti briketləşdirilmiş dəmirin) istehsalı nəzərdə tutulub. Zavodun fəaliyyətə başlaması ilə illik 1.2 mln həcmində konsentrat, 1.2 mln ton pələt və 0.8 mln ton həcmində birbaşa reduksiya dəmirin istehsalı proqnozlaşdırılır”.
Zakir İbrahimov qeyd edib ki, İlkin Qiymətləndirmə sənədinin hazırlanması işləri çərçivəsində yataqlar üzrə təqribi 33-34% dəmir tərkibli filizdən 67% dəmir tərkibli konsentratının istehsalı üçün ilkin texnoloji zəncir müəyyən edilmiş və hədəflənən dəmir miqdarının əldə edilməsi üçün zənginləşdirmə zavodunun qurulması nəzərdə tutulub. Filizlərin zənginləşmə səviyyəsinin öyrənilməsi və texnoloji proses zəncirinin layihələndirilməsi məqsədi ilə götürülmüş filiz nümunələrin Avstraliyada yerləşən beynəlxalq laboratoriyalarda analizi aparılaraq müsbət nəticələr əldə edilib.
“Daşkəsən” dəmir filizi yatağı üzrə 2023-cü ildə dəmir konsentratının istehsalı zavodunun, 2025-ci ildə isə pələt və birbaşa reduksiya dəmirin (DRI) istehsalı zavodunun istismara verilməsi hədəflənir. Eyni zamanda həmin zavodun daxili və xarici infrastrukturu layihələndirilmə mərhələsindədir, dəmir filiz konstetratının zənginləşdirmədən pelet DRİ-a çatdırılması üçün alternativ logistik həllər Hal-hazırda bu müəssisələr arasında logistik alternativlər üzrə təhlillər nəzərdən keçirilir.
Ölkədə metallurji xammal bazasının formalaşdırılması üçün konsentrat, pələt və birbaşa reduksiya dəmir istehsalına xidmət edəcək zavodlarının qurulması məqsədi ilə təqribən 1 milyard manat (ƏDV xaric) məcmu investisiya nəzərdə tutulub. Layihənin icrası ilə bağlı dövlət büdcəsindən asılılığın aradan qaldırılması üçün alternativ maliyyələşmə mənbələrindən istifadə edilməsi və ya investorların cəlb edilməsi üzrə işlər davam etdirilir.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 16 d. əvvəl
- 9 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
14 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
14 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
14 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
14 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Tramp ABŞ-İran sazişinin kağız nüsxəsini imzaladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur




























