Summers: Fed hər yığıncağında faiz artıra bilər
ABŞ-ın keçmiş maliyyə naziri Lawrence Summers, FED-in növbəti hər iclasında faiz artıra biləcəyini, bəzi yığıncağında isə faizin artırılmasının 0,25 baza bəndindən çox ola biləcəyini söyləyib.ABŞ-ın keçmiş maliyyə naziri Lawrence Summers Bloomberg-ə verdiyi müsahibəsində, investorların FED-in növbəti hər yığıncağında faiz artırması ehtimalına hazır olmaları barədə xəbərdarlıq edib.
Marja xəbər verir ki, Summers, "Yüksək inflyasiya davam etdikcə, bazarlar bu ilin qalan hər iclasında faiz artırılacağı ehtimalına və bəzi yığıncaqlarda 0,25 bənddən çox artım olacağı ehtimalına hazır olmalıdır" deyib.
Summers, FED-in faizi artırmaqda gecikdiyini də əlavə edib.
FED-in 2022-ci ildə etimadı bərpa etmək üçün azı dörd dəfə faiz artırmağa ehtiyacı olduğunu söyləyən Summers, o vaxtdan bəri maaş və qiymət artımının da sürətləndiyini vurğulayıb.
Bazarlar FED-in pandemiyadan sonra ilk dəfə faizi Martda artıracağını gözləyirlər. Bloomberg-in opsion müqavilələrinin qiymətindən hesablamalarına görə, mart və may aylarında faiz 0,25 bənd artırıla bilər. Treyderlər mart ayında 0,50 bəndlik artım ehtimalının 40% olduğunu düşünürlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























