Rubl Qərblə gərginliyin azalacağı gözləntilərilə bahalaşıb
Rusiya ilə qərb arasında gərginliyin azalacağına dair gözləntilər, tərəflərdən yeni mübahisəli açıqlamaların olmaması Rublu bahalaşdırıb.
Marja xəbər verir ki, Dolların məzənnəsi 77,2425 rubladakə düşüb.
"Otkritie Research"in aparıcı analitiki Andrey Koçetkov deyir: “Texnologiya tədarüklərinə qoyulan məhdudiyyətlərdən tutmuş Londondakı rus oliqarxlarının əmlakının müsadirəsinə qədər sanksiyalar təhlükəsi artmaqda davam etsə də, Konqresin çağırışlarına baxmayaraq, ABŞ və Avropa İttifaqı onları tezliklə tətbiq etmək niyyətində deyil”.
Bu arada, Britaniyanın xarici işlər naziri Liz Truss və müdafiə naziri Ben Uollesdən ibarət nümayəndə heyəti danışıqlar üçün Moskvaya gələcəklər. ABŞ-ın dövlət katibi Entoni Blinken və Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bu həftə danışacaqlar.
Avropanın NATO ölkələrindən birindəki mənbə iddia edir ki, blok dərhal deeskalasiyaya hazırdır və təşəbbüs amerikalılardandır. Bununla belə, Moskvanın əsas tələbləri – bloku genişləndirməmək və Şərqi Avropa ölkələrində hərbi infrastrukturu ləğv etmək tələbi mənfi cavablandırılıb.
Kremlin sözçüsü Dmitri Peskov bazar ertəsi bildirib ki, prezident Vladimir Putin NATO və ABŞ-a “uyğun gördüyü zaman” cavab verəcək.
Yanvarın sonunda rubl dollar qarşısında kəskin dəyər itirmişdi və Dollar 79 rubladək yüksəlmişdi.
Bir sıra analitiklər, rublun əhəmiyyətli dərəcədə möhkəmlənməyəcəyini, Dolları 75 rubldan aşağı düşməyəcəyini proqnozlaşdırırlar. Dolların 80 rublu və avronun isə 91 rublu keçəcəyi gözlənilir.
Fed-in siyasətinin sərtləşdirilməsi bütün inkişaf etməkdə olan bazar valyutalarının gələcəyinə kölgə salır.
“Bloomberg Economics”in iqtisadçısı Scott Johnson, "Hərbi münaqişə çətin ola bilər, lakin bu, əsas risk olaraq qalır və maliyyə panikasına gətirib çıxara və Rusiya iqtisadiyyatının bərpasını poza bilər" deyib.
O, əlavə edir ki, valyuta stressi və artan faiz dərəcələri artıq artıma təsir edir və Ukraynaya mümkün müdaxilə bu problemləri daha da kəskinləşdirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























