Qırğızıstan-Tacikistan sərhədində atışma olub, 6 hərbçi yaralanıb
Qırğızıstan-Tacikistan sərhədində iki dövlətin hərbçiləri arasında baş verən atışma zamanı 6 hərbçi yaralanıb.
Daha əvvəl yaralıların 3 nəfər olduğu bildirilirdi.
Qırğızıstanın Sərhəd Xidməti məlumat yayıb.
Məlumatda deyilir:
“Yanvarın 27-si yerli vaxtla saat 18:30-a (Bakı vaxtı ilə 16:30-red) olan məlumata görə, dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində vəziyyət gərgin olaraq səciyyələnir. Saat 17:30-dan 18:00-a qədər Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd qoşunlarının əməkdaşları Tərt-Keçə Batken rayonunun ərazisindən keçən Batken-İsfana yolunu birtərəfli qaydada bağlayıblar".
Qeyd edək ki, Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu təxminən 950 km-dir. Sovet İttifaqının dağılmasından sonra iki ölkənin sərhədində onlarla mübahisəli ərazi qalıb. Demarkasiya və delimitasiya üzrə danışıqlar prosesi 2002-ci ildə intensivləşib və o vaxtdan bəri komissiyaların və işçi qrupların 200-ə yaxın iclası keçirilib. Hazırda sərhədin delimitasiyası və demarkasiyası prosesində sərhəddən keçən xəttin 550 km-ə yaxını artıq təsvir edilib. Lakin indiyədək iki ölkənin sərhədində bəzən yerli sakinlər arasında münaqişələr yaranır ki, bu da tez-tez atışmalarla müşayiət olunur.
Qırğızıstan tərəfi Tacikistanın atəşkəs tələbinə əməl etmədiyini bildirib
“Qırğızıstan tərəfinin atəşkəslə bağlı tələblərinə tacik hərbçiləri məhəl qoymur”.
Bu barədə Qırğızıstan Sərhəd Xidməti məlumat yayıb.
“Tacikistan hərbçilərinin sərhəddəki məlum hərəkətləri razılaşdırılıb ki, bu da onların təxribata qabaqcadan hazır olduğunu təsdiqləyir. Tacikistan sərhədçilərinin öz arsenalına aid olmayan minaatanlardan atəş açması, silahlı qüvvələrin qüvvə, vasitələrindən istifadə etməsi ölkələr arasında beynəlxalq və ikitərəfli müqavilələrin kobud şəkildə pozulması deməkdir”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, Qırğızıstan tərəfi, həmçinin bildirib ki, Tacikistan hərbçilərinin sərhəddə vəziyyəti gərginləşməsi səbəbindən ölkənin bir neçə kəndi işıqsız qalıb.
Əsasən Qırğızıstanın Batken vilayətinin bir hissəsinə elektrik enerjisinin verilişi kəsilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 21 saat sonra
-
- 29 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 2 saat əvvəl
-
15 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
17 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb





















