Azərbaycanda nar bağlarının sığortası başlayıb – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Azərbaycanda dövlət dəstəkli aqrar sığorta mexanizmi vasitəsilə nar bağlarının sığortası başlayıb.
2021-ci ilin dekabrında Nazirlər Kabinetinin müvafiq qərarı ilə aqrar sığota edilən bitkilərin sayı 14-dən 41-ə qaldırılıb. Digər meyvələrlə yanaşı, nar da aqrar sığorta edilən məhsulların siyahısına əlavə edilib.
Nar – son illər ölkəmizdə ən çox sürətlə yayılan və fermerlərə böyük gəlir gətirən bitkilərdəndir.
Hazırda Azərbaycanda 22 min hektardan çox nar bağı var. Narın ən çox əkildiyi bölgələr Göyçay, Kürdəmir, Ağsu, Ucar, Saatlı, Sabirabad və digər bölgələrdir.
Nar ölkənin daxili tələbatını ödəməklə yanaşı, xaricə ən çox ixrac olunan məhsullardandır. 2021-ci ildə xaricə nar ixracı Azərbaycana 18 milyon dollardan artıq gəlir gətirib .
Nar bağlarının sığortalanması üzrə aqrar sığorta haqları bağın yerləşdiyi regiondan, məhsuldarlıq səviyyəsindən və məhsulun qiymətindən asılıdır. Ölkənin müxtəlif regionlarında narın baza zərfi üzrə sığorta tarifləri 1,62%-3,08% arasında dəyişir.
Aqrar sığorta nar və digər meyvələri dolu; yanğın; zəlzələ, torpaq sürüşməsi; qasırğa; fırtına; sel və subasma; leysan; ildırım; şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları; üçüncü şəxslərin hərəkətləri və sair risklərdən qoruyur.
Misal. 1 hektar nar bağının sığortası:
1 hektar sahədən gözlənilən məhsuldarlıq miqdarı – 80 sentner, 1
sentner məhsulun bazar qiyməti – 60 manat olarsa, sahədən gözlənilən
məhsulun ümumi dəyəri - sığorta məbləği 4 800 manat təşkil edir. Bu
sahənin baza zərfi üzrə sığortalanması ölkənin regionlarından asılı
olaraq 78- 148 manat arasında dəyişir. Fermer bu məbləğin yalnız yarısını – 39-74 manatını ödəyir, qalan hissəni dövlət ödəyir.
Sığorta hadisəsi nəticəsində sahədəki məhsul tamamilə itirilərsə, sığorta
ödənişi 4 320 manat təşkil edir.
Əlavə sığorta haqqı ödəməklə meyvələri dolu riski nəticəsində yaranan keyfiyyət itkisi, şaxtavurma (donvurma), eləcə də bitki xəstəlikləri, zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin vurduğu zərərdən də sığortalamaq olar.
Nar bağlarının aqrar sığortasına başlanması iş adamlarının və fermerlərin məhsullarını və gəlirlərini qorumaqla yanaşı, bu sahədə biznesin dayanıqlı olmasına töhfə verəcək.
Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə nar ilə yanaşı, xurma, alma, armud, alça, albalı, gilas, ərik, şaftalı (nektarin), çiyələk, gavalı və heyva bağlarını da aqrar sığorta vasitəsilə sığortalamaq mümkündür.
Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və
tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində "Bitkiçilik məhsulları" bölməsində ətraflı tanış olmaq mümkündür.
Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
11 d. əvvəl
İlham Əliyev “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak edib
-
-
55 d. əvvəl
Qlobal şirkət qızıl və gümüş üçün qiymət proqnozlarını yuxarı qaldırıb
-
1 saat əvvəl
Qlobal bank 2027‑ci il üçün neftin qiyməti üzrə proqnozlarını aşağı saldı
-
1 saat əvvəl
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
-
1 saat əvvəl
Unibank maliyyə vəziyyətini açıqladı - AKTİVLƏRİ 2 MİLYARD MANATI KEÇİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tərtərdə hərbi məhsullar istehsal edəcək müəssisədnin açılışı olub
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
Biznes bankçılıqda daha çox rahatlıq – Expressbank
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
Ən çox oxunanlar
2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal
Tərtərdə hərbi məhsullar istehsal edəcək müəssisədnin açılışı olub
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın naziri İsrailin aparıcı heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olub
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
Mercedes yenə BMW-dən geri qaldı
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama

















