“Azərbaycan Uşaq Qaynar Xətti” 2021-ci ilə olan hesabatı təqdim edib
Azercell-in dəstəyilə fəaliyyət göstərən xidmətə ötən il 5300-ə yaxın müraciət daxil olub(®) On bir ildən artıqdır ki, “Azercell Telekom” MMC-in, UNİCEF Azərbaycanın və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə əməkdaşlığı ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt” (AUQX) xidməti yarandığı gündən müxtəlif problemlərlə üzləşmiş uşaqlara kömək edir. Qeyd edək ki, bu illər ərzində xidmətə 53000-dən çox müraciət daxil olub.
Bu müddət ərzində qurulan uğurlu əməkdaşlığın indiki səviyyəsini müzakirə etmək və gələcək konturlarını müəyyənləşdirmək məqsədilə “Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova, şirkətin Media ilə əlaqələr üzrə direktoru Nigar Şıxlinskaya və digər nümayəndələri ilə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova və sədri Nabil Seyidov arasında görüş keçirilib. Görüşdə gələcək planlar müzakirə olunub, daha fərqli istiqamətlərdə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb. Sonda “Azercell Telekom” MMC “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətini dəstəkləməklə uşaqların hüquqlarının qorunmasında uzunmüddətli töhfəyə və əməkdaşlığa görə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən Fəxri Fərmanla təltif olunub.
“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin təqdim etdiyi hesabata əsasən mərkəzə 2021-ci il ərzində müxtəlif sahələri əhatə edən problemlərin həlli ilə bağlı 5300-ə yaxın zəng edilib. Bunlardan 1471-i təhsil, 1036-sı hüquqi, 822-si psixoloji, 606-sı səhiyyə, 501-i sosial və digər məsələlərlə bağlı zənglər olub. Müraciət edənlərə əsasən telefon vasitəsilə psixoloji yardım göstərilib, ehtiyac olduqda isə fərdi və qrup terapiyaları həyata keçirilib. Həmçinin ailələrdə psixoloji və fiziki zorakılıq halları ilə bağlı 414 müraciət daxil olub. Bu müraciətlərin hər biri ilə əlaqədar ailələrlə iş aparılıb, hüquqi məsləhətlər verilib.
İl ərzində qaynar xəttə daxil olmuş müraciətlərin araşdırılması və müvafiq yardımların göstərilməsi məqsədilə mərkəz tərəfindən müxtəlif təşkilatlara 364 məktub ünvanlanıb. Bəzi müraciətlərin ətraflı araşdırılması məqsədilə 81 ailə mərkəzə dəvət olunub, onların uşaqları ilə 263 sosial-psixoloji reabilitasiya işi həyata keçirilib. Daxil olan müraciətlərə əsasən bir sıra ailə və məktəbə təcili-təxirəsalınmaz səfər təşkil edilib.
Qeyd edək ki, “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin fəaliyyəti yalnız zənglərin cavablandırılması ilə bitmir. Eyni zamanda, hər il əhalinin məlumatlılığının artırılması, uşaq və yeniyetmələr üçün əlçatanlığın təmin edilməsi məqsədilə qaynar xətt xidmətinin əməkdaşları tərəfindən müxtəlif maarifləndirmə tədbirləri həyata keçirilir. Ümumilikdə, 2021-ci il ərzində maarifləndirmə tədbirlərinə 1500-dən çox uşaq cəlb olunub.
“Uşaq Qaynar Xətt”inə 24 saat xidmət göstərən 116111 qısa nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, [email protected] elektron poçtu, Facebook və Instagram sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat və “uşaqqaynarxetti” mobil əlavəsi vasitəsilə müraciət etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 46 d. əvvəl
-
1 saat əvvəl
“Azərsun Holdinq” növbəti dəfə “Best managed companies” mükafatı qazanıb
-
1 saat əvvəl
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mayın 23-nə olan hava proqnozu - 27-28 dərəcə isti gözlənilir
-
2 saat əvvəl
Azərbaycan kapital bazarlarında ilk: ABB Invest “agile” (çevik) idarəetməyə keçdi!
-
3 saat əvvəl
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək - ADLARI
-
3 saat əvvəl
“Karabakh” şərabı IWSC beynəlxalq müsabiqəsində mükafata layiq görülüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
Mayın 23-nə olan hava proqnozu - 27-28 dərəcə isti gözlənilir
Ən çox oxunanlar
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək - ADLARI
Azərbaycanın sığorta bazarı 4 %-ə yaxın böyüyüb
Problemli borcları yığan şirkət böyüyüb, xalis mənfəəti kəskin artıb
SİMA həlləri WUF13-də təqdim edildi
Çinarlı MTK: yeni metro yaxınlığında və Binəqədidə infrastrukturla paralel inkişaf edən layihə maraq yaradır
“CPM-invest”in xalis mənfəəti 6,6 dəfə artıb
Azərbaycan neftinin son qiyməti























