JP Morgan-ın baş direktoru bu il FED-in 7 dəfə faiz artıracağını gözləyir
JP Morgan-ın baş icraçı direktoru Jamie Dimon, FED-in yüksək inflyasiya ilə əlaqədar olaraq bu il bazarlarda gözləniləndən daha çox faiz artıra biləcəyini söyləyib. Marja xəbər verir ki, Dimon "6 və ya 7 dəfə faiz artırıla bilər" deyib.Wall Street-in ən böyük bankının Baş direktoru deyir ki, FED faizləri bazarların gözlədiyindən daha çox artırmalı ola bilər.
Marja-nın məlumatına, JP Morgan-ın baş direktoru Ceymi Dimon (Jamie Dimon) analitiklərə bildirib ki, FED inflyasiya ilə mübarizə aparmaq üçün uçot dərəcəsini 6-7 dəfə artırmalı ola bilər. FED-in inflyasiya artımı ilə mübarizə aparacaqlarına dair açıqlamaları ilə artıq bazarın bu il üçün faiz artırımı gözləntiləri yüksəlib.
ABŞ-da inflyasiya 7 faizə çatıb ki, bu da son 40 ilin ən yüksək səviyyəsidir. Swap bazarları bu il faizin 3-4 dəfə artıracağını qiymətləndirir. Fed rəsmiləri də faizin artımrılmasının mart ayında başlaya biləcəyinə dair siqnallar verirlər. FED üzvləri bu il cəmi 0,75 bənd faiz artımı gözləyirlər.
Dünən JP Morgan-ın dördüncü rüb balansının açıqlandığı yığıncaqda danışan Dimon, “Fikrimcə, faiz 4 dəfədən çox artırılacaq. 6 və ya 7 dəfə ola bilər. İstehlakçı güclüdür, şirkətlər çox yaxşı işləyirlər. Artım baxımından vəziyyət kifayət qədər yaxşı görünür, yeganə problem inflyasiyadır”, - deyib. Dimon, faiz dərəcələrinin yüksəldiyi bir mühitdə iqtisadiyyatın inkişaf etməyəcəyi fərziyyəsinin səhv olacağını söyləyib.
"Goldman Sachs" bu həftə yaydığı məlumatda bu il FED-dən 4 dəfə faiz artımı proqnozlaşdırmışdı. 4 faiz artımını gözləyən banklar arasında "Deutsche Bank" da var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























