Türkiyənin məşhur mərc oyunu Azərbaycanda - "AZƏRLOTOREYA"DAN YENİ TƏKLİFLƏR
“Azərlotereya” yanvarın 17-dən etibarən 4 lotoreya təqdim edəcək.Azərbaycanda bəxt (lotoreya) və mərc oyunlarında yeni dövr başlayır.
Marja xəbər verir ki, 2021-ci ildə “Azərlotereya”nı idarəetməyə götürən Türkiyənin “Demirören Holding” şirkəti fəaliyyətini gücləndirir. Belə ki, bazara yeni məhsullar (şans və mərc oyunları) təklif olunacaq. Yanvarın 15-də Bakıda yeni məhsulların təqdimat mərasimi keçirilib. Təklif olunacaq yeni məhsullardan biri “Misli”dir. Bu mərc oyunu Türkiyədə çox məşhurdur. “Misli” futboldan at yarışlarına qədər bəxt sınamaq imkanı təqdim edir.
Mərasimdə “Demirören Holding”in İdarə Heyətinin sədri Yıldırım Demirören, iş adamı Kıvanç Oktay, “Demirörən”in İdarə Heyətinin üzvü Sinan Oktay, Yıldırım Demirörənin oğulları oğulları Erdoğan ve Emre Cemal Demirören, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Fərid Qayıbov və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı da iştirak ediblər.
Mərasimdə çıxış edən Yıldırım Demirörən, “"Demirörən” qrupu Türkiyədə dövlətin ortaqlığı ilə idarə olunan şans oyunu sektorunda 2 il kimi qısa müddətdə böyük bir irəliləyiş əldə edib. Bu sektorda dünyanın ən yaxşı 3 təşkilatıdır. İndi Türkiyədə qazanılan təcrübənin Azərbaycana köçürülməsi zamanıdır",- deyib.
Yıldırım Demirörən qeyri-qanuni mərc oyunlarının qarşısının alınması məsələsinə də toxunub. O, investisiya qoyuluşunun vacibliyini vurğulayıb.
"Misli”nin reallaşması ilə Azərbaycan ölkə iqtisadiyyatına daha çox töhfə verəcək. Geniş oyun portfeli ilə qara bazarla mübarizədə mühüm rol oynayacaq", - o deyib.
Yıldırım Dəmirörən çıxışından sonra iqtisadiyyat naziri Mikayıl Cabbarova plaket təqdim edib. Cabbarov bildirib ki, “Demirören Holding”in fəaliyyəti Azərbaycan iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, "Şans oyunlarına investisiyalar Azərbaycanda həyəcan yaradıb. Bu, Azərbaycanın qeyri-neft sektorunun güclənməsinə və ödənilən vergilərlin artmasına töhfə verəcək. “Demirören Holdinqin bu sahədə fəaliyyət göstərməsi vacibdir. “Demirören Holding”in Azərbaycanda səhiyyə və digər sahələrdə fəaliyyət göstərməsi vacib və dəyərlidir”,- deyib.
"Demirören Holding" media, turizm, təhsil və şans oyunları sektorunda Türkiyənin aparıcı şirkətlərindən biridir.
Artıq www.misli.az saytı da işə düşüb. Saytda qeyd edilib ki, Misli.az "Azerlotereya" ASC ilə idman yarışlarına əsaslanan sabit ehtimallı mərc oyunlarını dünya standartlarında öz müştərilərinə təklif edən rəsmi onlayn mərc məhsuludur. "Azerlotereya" ASC ABŞ-ın nüfuzlu şirkətlərindən olan “Scientific Games International GmbH” və Türkiyə Respublikasının nüfuzlu “Şans Girişim Ortak Girişimi” şirkətləri ilə biznes tərəfdaşı olaraq, bir sıra maraqlı məhsulları müştərilərinə təklif edib.
Misli.az müştərilərinə hər ay yüzlərlə matçı canlı izləmə xidməti təklif edir və bu xidməti davamlı olaraq yeniləyərək daha yaxşı hala gətirir.
www.misli.az veb-saytı ilə bərabər “İOS” və “Android” proqram təminatlarını dəstəkləyən ağıllı telefonlardan "Misli.az Mərc"ə rahat və sürətli şəkildə üzv olub mərc etmək mümkündür.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
- 3 d. əvvəl
-
9 d. əvvəl
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
- 27 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
BMW ABŞ-da təxminən 59 min avtomobili geri çağırır - Qısaqapanma riski
- 1 saat əvvəl
-
1 saat əvvəl
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycana turist axını 5 faizdən çox artıb
SOCAR və Samsung E&A anlaşdı
Avropanın ən böyük iqtisadiyyatı zəif artıb
Ən çox oxunanlar
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Rusiyanın neft və qaz gəlirləri azalır
Fevralın 26-da gözlənilən hava şəraiti
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub






















