Sosial Xidmətlər Agentliyi 566 min manatalıq ofis icarəsilə bağlı məlumat yaydı
Sosial Xidmətlər Agentliyi ofis sahəsinin və anbarın icarəsi xidmətlərinin satın alınması barədə tenderini şərh edib.
Agentlikdən Marja-ya verilən məlumata görə, Agentliyinin aparatı üçün ofis sahəsinin və anbarın icarəsi xidmətlərinin satın alınması" çərçivəsində ümumilikdə 3600 kvadrat metrdən çox ərazinin 1 il müddətində icarəsi, həmçinin sözügedən müddət ərzində kommunal xidmətlərdən istifadə, təmizlik, avtodayanacaq, anbar, mühafizə xidməti, içməli su ilə təchizat və digər vacib xidmətlərlə təminat daxildir. Eyni zamanda həssas qruplardan olan vətəndaşlara gündəlik xidmətin göstərilməsi üçün Qəbul Mərkəzinin ərazisi və paralel olaraq yuxarıda qeyd olunan xidmətlərin həyata keçirilməsi də bu satınalma çərçivəsindədir.
Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Agentliyin Aparatı üçün ofis sahəsinin və anbarın icarəsi xidmətlərinin satın alınması" üçün tenderi yekunlaşdırıb. Qalib şirkət “Çinar Park” Qapalı Səhmdar Cəmiyyətidir. Agentlik qalib şirkət ilə məbləği 566 min 592 manat olan müqavilə imzalayıb.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 16 saat sonra
-
- 2 d. əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
1 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Azad edilmiş ərazilərə ümumi investisiyaların həcmi 17 milyard dolları yaxındır"
-
2 saat əvvəl
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
-
3 saat əvvəl
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
-
3 saat əvvəl
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
Ən çox oxunanlar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb
Dövlət büdcəsində 3 milyard manata yaxın profisit yaranıb
Azərbaycanda minik avtomobillərinin istehsalı 18,3% azalıb, avtobus istehsalı isə 4,3 dəfə artıb
İyunun 19-da gözlənilən hava şəraiti
"İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik"























