Qlobal bazarlarda diqqət ABŞ-da açıqlanacaq məlumatlara yönəlib
Qlobal bazarlarda bütün diqqət ABŞ-ın dekabr ayı məşğulluq məlumatlarına yönəlib.
Marja xəbər verir ki, ölkədə kənd təsərrüfatı sektoru xaric məşğulluqda 400 min nəfərlik artımın açıqlanacağı proqnozlaşdırılır. Noyabrda məşğulluq 210 min artmışdı.
Dekabr ayı məşğulluq məlumatı, koronavirusun Omicron variantının ABŞ-da yayılmasından əvvəlki son güclü məlumat ola bilər.
ABŞ-da dekabr ayı məşğulluq məlumatları bu gün Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq. Kənd təsərrüfatı sahəsi xaric məşğulluqda 400 min nəfər artım nəzərdə tutulduğu halda, işsizlik nisbətinin 4,2%-dən 4,1%-ə düşəcəyi təxmin edilir. Orta saatlıq əmək haqqının aylıq 0,4%, illik isə 4,2% artacağı gözlənilir.
Bloomberg Intelligence məşğulluğun 360 min nəfərin artacağını proqnozlaşdırır.
Cümə axşamı günü həftəlik işsizlik müavinəti müraciətləri məlumatı 195 min gözlənildiyi halda 207 min açıqlanıb. Bu, 26 noyabr həftəsindən bəri ən yüksək səviyyədir. Əvvəlki həftənin məlumatları 198 mindən 200 minə revizə edilib.
Digər tərəfdən, FED-in siyasətlərini bu il məşğulluqdan çox inflyasiya yönəldəcəyi məlumdur.
St. Louis Fed sədri James Bullard, ABŞ Federal Ehtiyat Sisteminin inflyasiyaya nəzarətdə daha yaxşı mövqeyə sahib olmaq üçün mart ayında faiz artırmağa başlaya biləcəyini, inflyasiyaya bağlı olaraq daha tez faiz artırılmasının mümkün ola biləcəyini deyib.
“Faiz dərəcələrini gec artırmaqdansa, erkən qaldırmaq daha məntiqlidir. Bu səbəbdən, əlimizdə olan məlumatları nəzərə alaraq, düşünürəm ki, mart ayı mütləq bir ehtimaldır”, - Bullard deyib.
Əgər məşğulluqda artım yüksək olarsa Dollar bahalaşa, Fed-in daha tez faiz artıracağı ehtimalı gücələnə bilər.
Qlobal investorlar ABŞ-da məşğulluq məlumatlarının açıqlanmasını gözləyərkən; ABŞ fyuçersləri yüksəlir, Asiya indeksləri qarışıqdır, ABŞ istiqrazlarının gəlirliliyi artmaqda davam edir, dollar zəifləyir və Bitcoin ucuzlaşır.
Cümə axşamı Wall Street indeksləri az dəyişib: S&P 500 0,10%, Nasdaq 100 0,04% mənfidə bağlanıb.
Bu səhər Yapon Nikkei düşüb, Hong Kong Hang Seng və China CSI 300 yüksəliblər.
ABŞ-ın 10 illik istiqrazlarının faizi 1,71%-ə yüksəlib və 2020-ci ildən bəri ən yüksək həftəlik artımını qeyd etmək yolundadır.
Soyuq hava Kanadadan və ABŞ-ın şimalından yüklərin daşınmasını çətinləşdirir, OPEC+ üzvü Qazaxıstanda isə qarışıqlıq neft tədarükünün çatışmazlığına səbəb olur. Xam neftin barel qiyməti dünən 2,1% artaraq, cümə axşamı günü 16 noyabrdan bəri ən yüksək səviyyəni bağlayaraq 82 dolları keçib.
Qızılın unsiyası son 6 həftənin ən yüksək həftəlik ucuzlaşmasına doğru gedir.
Bitcoin də 42.000 dollar səviyyəsinin altına düşüb və sentyabr ayından bəri ən aşağı səviyyələrdə ticarət olunur.
Bloomberg Dollar İndeksi 0,09% azalaraq 1179-a düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























