Mərkəzi Bank 2022-ci il üzrə Manatın məzənnəsi barədə gözləntisini açıqladı
Mərkəi Bank: "Proqnozlaşdırılan profisitli tədiyə balansı, dövlət büdcəsinə Azərbaycan Respublikası Dövlət Neft Fondundan transfertlərin əhəmiyyətli artımı 2022-ci ildə də daxili valyuta bazarının tarazlığını və milli valyutanın məzənnəsinin dayanıqlığını dəstəkləyəcəkdir"
"İnflyasiya təzyiqləri son vaxtlar qiymətlərin formalaşmasında həlledici rol oynayan xarici amillər hesabına artmaqdadır. Dünya bazarında birja məhsulları qiymətlərinin və ticarət tərəfdaşlarında inflyasiyanın yüksəlməsi, təchizat zəncirində qırılmalar və daşınma xərclərinin artımının təsirləri gözlənildiyindən daha əhəmiyyətli və davamlı xarakter alır. Bu səbəblərdən cari ilin yanvar-oktyabr aylarında idxal qiymətləri indeksinin orta illik artımı 21.4% olmuşdur. Daxili xərc amilləri, xüsusən dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin liberallaşdırılması illik inflyasiyanın 1/4-ni izah edir. İnflyasiyanın dinamikasının formalaşmasında monetar amillərin rolu əhəmiyyətli aşağıdir. Qəbul edilmiş makroiqtisadi çərçivə və tədiyə balansının profisitinin dəstəklədiyi əsas lövbər manatın məzənnəsinin dayanıqlığı inflyasiya idxalını əhəmiyyətli dərəcədə neytrallaşdırmışdır".
Marja.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Mərkəzi Bankının 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.
Qeyd edilib ki, ilin ötən dövründə inflyasiyanın faktiki dinamikası inflyasiya gözləntilərini müəyyənləşdirən əsas amil olmuşdur. Son 12 ayda inflyasiya gözləntiləri real sektorun bütün monitorinq olunan sektorlarında artım meyilli olmuşdur. Dekabrda aparılan sorğulara görə ev təsərrüfatlarının 82%-i inflyasiya gözləyir, o cümlədən 29%-i inflyasiya tempinin daha da yüksələcəyini düşünür. İnflyasiya gözləntilərinin yüksəlməsi tələbi artırmaqla xərclərin qiymətlərə transformasiyasını sürətləndirmək potensialına malikdir.
2021-ci ilin ötən dövründə manatın xarici valyutalara nəzərən məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşmışdır. Xarici mühitdə baş verən proseslərin dolayı təsirləri ilə yaranmış gözləntilər nəticəsində yanvar ayında valyuta hərraclarında tələb artsa da, fevral ayından başlayaraq tələbin azalması və sabitləşməsi müşahidə olunmuşdur. Hesabat dövründə profisitli tədiyə balansı və strateji valyuta ehtiyatlarının artması şəraitində gözləntilərin yaxşılaşması da valyuta bazarına sabitləşdirici təsir göstərmişdir. İlin ötən dövründə Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 70%-də təklif tələbi üstələmişdir.
Manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi cari ildə də banklararası əqdlər üzrə orta məzənnə əsasında müəyyən edilmişdir. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın trayektoriyada formalaşmışdır.
Bəyanatda qeyd edilib ki, cari ildə yüksək neft qiymətləri, qeyri-neft ixracının əhəmiyyətli artımı şəraitində ölkənin profisitli ticarət və tədiyə balansının formalaşması milli valyutanın məzənnəsinin sabitliyinin qorunmasına və ilin yekunlarına görə strateji valyuta ehtiyatlarının artmasına imkan vermişdir. Valyuta bazarının tarazlığı şəraitində məzənnə sabitliyi xarici mühitdən gələn inflyasiyanın əhəmiyyətli balanslaşmasına şərait yaratmışdır.
"Proqnozlaşdırılan profisitli tədiyə balansı, dövlət büdcəsinə Azərbaycan Respublikası Dövlət Neft Fondundan transfertlərin əhəmiyyətli artımı 2022-ci ildə də daxili valyuta bazarının tarazlığını və milli valyutanın məzənnəsinin dayanıqlığını dəstəkləyəcəkdir", - Bəyanatda bildirilir.
Həmçinin Bəyanatda qeyd edilib ki, 2022-ci ildə proqnozlaşdırılan neft qiymətləri, qeyri-neft ixracının artım dinamikası, nəticə etibarı ilə profisitli tədiyə balansı və təsdiq olunmuş dövlət büdcəsinə əsasən Neft Fondundan dövlət büdcəsinə transfertlərin artırılması valyuta bazarında tarazlığı təmin etməklə qiymətlər sabitliyinin əsas lövbəri olan məzənnə dayanıqlığını dəstəkləyəcəkdir. Valyuta bazarında tarazlığın qorunması növbəti il və ortamüddətli dövrə də xarici valyuta gəliri mənbələrinin şaxələnməsi istiqamətində islahatların sürətləndirilməsini aktuallaşdırır.
2022-ci ildə qlobal tələbin genişlənməsi və bu şəraitdə neft qiymətinin dinamikası, ticarət tərəfdaşlarında makroiqtisadi durum, qeyri-neft ixracının dinamikası Azərbaycanın tədiyə balansına təsir göstərən əsas amillər olacaqdır. Qiymətləndirmələrə görə 2022-ci ildə neftin hətta 50 ABŞ dolları qiymətində tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in təxminən 4%-i səviyyəsində profisit gözlənilir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 d. əvvəl
Sabahdan Bakı-Ağdam müntəzəm avtobus reysi işə düşəcək - Gediş haqqı qiyməti məlum oldu
-
9 d. əvvəl
Azərbaycanda 2027-ci ilədək 8 günəş və külək stansiyaların istismara verilməsi planlaşdırılır
-
- 38 d. əvvəl
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Dəmir Yolları” işçilərin ixtisarı ilə bağlı xəbərlərə aydınlıq gətirdi
-
1 saat əvvəl
AccessBank-dan “Sərbəst depozit”: Yüksək gəlir və tam sərbəstlik!
-
1 saat əvvəl
“Eurolux” mağazalar şəbəkəsinin rəhbəri dələduzluqla üzləşib
-
2 saat əvvəl
"Sahil" metrostansiyasının yaxınlığında yeni stansiya inşa ediləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın mühəndislik şirkəti 10 milyon manatdan çox xalis mənfəət əldə edib
Son Xəbərlər

Sabahdan Bakı-Ağdam müntəzəm avtobus reysi işə düşəcək - Gediş haqqı qiyməti məlum oldu

Supermarket şəbəkəsi "Xalqlar"da daha bir filialını açır

Sentyabrın 26-da gözlənilən hava şəraiti

Bakıda “BYD” ilə müzakirələr aparılıb

AccessBank-dan “Sərbəst depozit”: Yüksək gəlir və tam sərbəstlik!

"Sahil" metrostansiyasının yaxınlığında yeni stansiya inşa ediləcək

"Port Baku"nun yanında metro stansiyası olacaq
Ən çox oxunanlar

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycan neftinin son qiyməti

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi qismən İT sistemlərini “Hökumət buludu”na köçürüb

Avropa Bankı Azərbaycan iqtisadiyyatı barədə proqnozunu dəyişdi - İQTİSADİ ARTIM YAVAŞLAYACAQ

Bakı metrosunun Müşahidə Şurasının üzvlərinin sayı artırılıb
