“Xaliq Faiqoğlu” şirkətinin sifariş etdiyi 120 ədəd CNG avtobusları Bakıya gətirilir
20 ilə yaxındır Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən “Xaliq Faiqoğlu” şirkəti Türkiyənin avtobus istehsalçılarından olan “Otokar Otomotiv ve Savunma Sanayi AŞ” ilə imzalanmış müqaviləyə əsasən 120 ədəd CNG növlü iritutumlu sərnişin avtobuslarının (onlardan 116 ədədi 12 metrlik, digər 4-ü isə 18,75 metrlik qoşqulu nəqliyyat vasitələridir) istehsal edilməsi və əvvəlcədən təyin edilmiş qrafik üzrə Bakıya gətirilməsi layihəsinin icrasını davam etdirir.
Şirkətdən Marja-ya verilən məlumata görə, bu günlərdə avtobusların ilkin hissəsi Bakı şəhərində “Xaliq Faiqoğlu” şirkətinə təhvil verilmişdir və nəqliyyat vasitələrinin Türkiyədən transfer işləri davam etdirilir.
Şirkətin baş direktoru Faiq Seyidov bildirib ki, hazırda “Otokar” avtobusları Türkiyənin böyük şəhərləri ilə yanaşı Fransa, Almaniya, İtaliya, İspaniya kimi ölkələrin paytaxtlarında da xidmət göstərir:
“Yeni layihənin icrası həm də xeyli yeni iş yerlərinin açılması deməkdir. Çox şadıq ki, Bakı şəhərində də bu avtobusları sərnişinlərimizin xidmətinə təqdim edirik, yaxın günlərdə yeni müasir avtobuslarımız sərnişinlərimizin xidmətində olacaqdır. Həmçininə qeyd etmək istəyirəm ki, “Otokar”ın indiyədək qəbul etdiyi ən böyük sayda CNG növlü avtobus sifarişini edən “Xaliq Faiqoğlu” şirkəti əvvəlcədən bəyan etdiyi fəaliyyət proqramına uyğun olaraq avtobus parkını yeniləməkdədir. Təəssüf ki, mövcud COVID-19 pandemiyası layihələrimizin müəyyən qədər yubanmasına səbəb oldu. Buna baxmayaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxtımızda nəqliyyat infrastrukturunun müasirləşdirilməsi ilə bağlı həyata keçirilən islahatlarına uyğun olaraq, həmçinin daşıyıcılar qarşısında qanunvericiliklə müəyyən edilmiş tələblərin icra edilməsi istiqamətində işlərimizi uğurla davam etdiririk. Eyni zamanda bu layihənin həyata keçməsində böyük dəstək göstərmiş “PAŞA bank” rəhbərliyinə xüsusi təşəkkür etmək istəyirəm.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən iqtisadi siyasət, xüsusilə özəl sektora göstərilən dövlət dəstəyi “Xaliq Faiqoğlu” şirkəti olaraq bizi yeni layihələr icra etməyə, fəaliyyətimizi daha da genişləndirməyə təşviq edir. Hazırda mülkiyyətimizdə 423 avtobus nəqliyyat vasitəsi vardır, və bundan sonrakı dövrlərdə də avtobus parkımızın yenilənməsi, fəaliyyətimizin müasir standartlara tam uyğunlaşdırılması, eləcə də həyata keçirəcəyimiz layihələrə xarici investisiyanın cəlb edilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”.
Qeyd edək ki, “Xaliq Faiqoğlu” şirkətinin yeni aldığı və AVRO-6 standartlarına tam cavab verən “Otokar Kent LF CNG” markalı avtobuslar bir sıra son texnoloji yeniliklərə malikdir. Belə ki, bu avtobuslar AVRO-6 standartlarına uyğun olmaqla öz seqmentində sonuncu nəsil mühərriklə təchiz edilib. Avtobusda Bakıda ilk dəfə olaraq hamilə qadın, ana-uşaq və artıq çəkili sərnişinlər üçün xüsusi oturacaqlar mövcuddur. Həmçinin bir sıra ən son təhlükəsizlik sistemləri ilə təchiz edilmiş nəqliyyat vasitələri sərnişinlərin və sürücülərin rahatlığının təmin edilməsi məqsədilə əlavə üstünlüklərə malikdir.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 10 saat sonra
-
-
54 d. əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
5 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
7 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb


























