2-ci qrant müsabiqəsinə 200 müraciət daxil olub
Maliyyələşdirilməsi barədə müsbət qərar qəbul olunacaq layihələrin hər birinə 20 min manata qədər vəsait ayrılacaqdır.Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin elm və dəstək layihələrinin maliyyələşdirilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən elan edilmiş 2-ci qrant müsabiqəsinə sənəd qəbulu başa çatıb.
KOBİA_nın yaydığı məlumatda bildirilir ki, ümumilikdə müsabiqəyə 200 müraciət daxil olub.
KOB subyektlərinə məxsus layihələrin 93-ü hüquqi, 101-i fiziki şəxslərə, o cümlədən 186-sı mikro, 5-i kiçik, 3-ü isə orta sahibkarlıq subyektlərinə məxsusdur.
Təqdim olunmuş layihələrin əksəriyyəti dəstək sahəsi üzrədir. Hazırda layihələr Ekspertlər Komissiyası tərəfindən qiymətləndirilir. Maliyyələşdirilməsi barədə müsbət qərar qəbul olunacaq layihələrin hər birinə 20 min manata qədər vəsait ayrılacaqdır. Nəticələr 2022-ci ilin 10 fevral tarixindən sonra KOBİA-nın www.smb.gov.az saytı vasitəsilə açıqlanacaqdır.
Qeyd edək ki, Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq, KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsinə 2021-ci ildən başlanılıb. Bu məqsədlə keçirilmiş ilk qrant müsabiqəsi çərçivəsində KOB subyektlərinin 15 layihəsi maliyyələşdirilib. Dəstək mexanizmi barədə ətraflı məlumat üçün: https://bit.ly/3mjXLsa
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 d. əvvəl
-
-
9 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 12 d. əvvəl
- 25 d. əvvəl
- 28 d. əvvəl
- 35 d. əvvəl
- 37 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb






.jpg)














.jpg)



