Türk Lirəsi daha da bahalaşdı
1 dollar 11 lirə səviyyələrinə düşdü!Dünən axşam Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra kameralar qarşısına keçərək mühüm açıqlamalar verib.
Marja.az xəbər verir ki, Prezidentin açıqlamasından əvvəl 10% artımla 18,36 lirəyə yüksəlmiş Dollar/TL məzənnəsi, Ərdoğanın axşam saatlarında çıxışından sonra düşməkdə davam edir.
Bakı vaxtı ilə saat 10:14-ə olan məlumata görə, Dollar/TL məzənnəsi 40% düşərək 11,28 lirəyədək geriləyib.
ƏRDOĞAN NƏLƏRİ AÇIQLAYIB?
Ərdoğan çıxışında Türk Lirəsi (TL) əmanətləri üzrə tətbiq ediləcək yeni tələbləri (yeni aləti) açıqlayıb.
Ərdoğan, "Məzənnə artımı ilə bağlı narahatlıqlarını aradan qaldırmaq istəyən vətəndaşlarımıza yeni maliyyə alternativi təklif edirik. Bu yeni alət aşağıdakı kimi işləyəcək: İnsanlarımızın bankdakı Türk Lirəsi əmanətlərinin faiz gəlirliliyi məzənnə artımından yüksək olarsa, bu gəliri alacaqlar. Əgər məzənnənin artması əmanətin qazancından yuxarı olarsa, fərq birbaşa vətəndaşlarımıza ödəniləcək və bu gəlir vergisindən azad olunacaq. Bundan sonra heç bir vətəndaşın əmanətlərini sırf məzənnə yüksək olacağı üçün Türk Lirəsindən xarici valyutaya dəyişməyə ehtiyacı qalmayacaq”,- deyib.
Türkiyə Prezidenti bildirib ki, valyuta məzənnəsinin dəyişməsi ilə əlaqədar qiymət verməkdə çətinlik çəkən ixracat şirkətlərinə Mərkəzi Bank vasitəsilə forvard məzənnələri veriləcək. Məzənnə fərqi ixracatçı şirkətlərə TL ilə ödəniləcək (Məsələn, Mərkəzi Bank ixracatçıya deyəcək ki, siz Dollar/TL məzənnəsini 18 lirədən götürərək qiymət verin. Əgər gələcəkdə məzənnə 19 lirəyə yüksələrsə, aradakı fərq Mərkəzi Bank tərəfindən ixracatçıya ödəniləcəkdir).
Ərdoğan qeyd edib ki, Türkiyədə yastığın altında dəyəri 280 milyard dollar olan 5 min ton qızıl var. Bu qızılları maliyyə sisteminə daxil etmək və iqtisadiyyata gətirmək üçün bazarın maraqlı tərəfləri ilə birlikdə yeni alətlər hazırlanacaq.
Şirkətlərin dividend ödəmələri üzrə vergini 10%-ə endirəcəklərini qeyd edən Ərdoğan, həmçinin vurğulayıb ki, Türkiyənin azad bazar iqtisadiyyatı və valyuta rejimindən zərrə qədər də geri çəkilmək niyyəti yoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
13 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 15 saat əvvəl
-
15 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























