Bakıda Özbəkistan məhsullarının sərgisi açılıb
Bakıda Özbəkistanın 80-dən çox müəssisənin iştirak etdiyi “Made in Uzbekistan” sərgisinin açılışı keçirilib.
Tədbirdə Özbəkistan Sərmayələr və Xarici Ticarət Nazirliyi yanında İxracatı Təşviq Agentliyinin direktoru Uluqbek Muradov iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın dayanıqlı mexanizmlər yaratmağın vacibliyini söyləyib.
Azərbaycan iqtisadiyyat nazirinin müşaviri Məsim Məmmədov “Made in Uzbekistan” sərgisində kənd təsərrüfatı, toxuculuq, inşaat materialları kimi müxtəlif sahələrin təmsil olunduğunu deyib: “Ölkələrimizin iqtisadi əməkdaşlığı müvəffəqiyyətlə inkişaf edir. 2010-cu ildə Daşkənddə Azərbaycan kənd məhsulları sərgisi keçirildi, son illər isə bu kimi sərgilər həm Bakıda, həm də Daşkənddə təşkil olunması aramızdakı əməkdaşlıq əlaqələrinin çoxşaxəli olmasına dəlalət edir”.
Özbəkistanın Azərbaycandakı səfirliyinin müşaviri Məhəmmədcan Batırəliyev də Azərbaycanla iqtisadi ticarət əlaqələrini bundan sonra da inkişaf etdirmək niyyətində olduqlarını deyib.
Sərgi çərçivəsində Azərbaycan və Özbəkistan iş adamları arasında B2B formatında görüşlər keçiriləcəyi gözlənilir.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
7 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
Ən çox oxunanlar
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir







.jpg)




.jpg)




